Məhkəmə qərarları › İş №8(074)-8/2023

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-8/2023

26.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-8/2023 26.01.2023 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Babayeva Günel Pərvin qızının katibliyi ilə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyata alınmış “Fiat Stilo” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, 07 dekabr 2021-ci il tarixli qərarla icraata başlanılmış Şamaxı rayon Məhkəməsinin 2(074)-357/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən, borclular X1, X2 və Borclu müştərək qaydada ləğv prosesində olan Tələbkar ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 108.LN.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3428,52 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. Borclu barəsində olan borcu tələbkar bankın xeyrinə ödəməyərək icra sənədini icra etməmişdir. Belə olduğu halda icra sənədinin məcburi icra olunması məqsədi ilə tərəfindən lazımı icra tədbirləri həyata keçirilmiş və məlum olmuşdur ki, icra sənədi üzrə Borclu adına Fiat Stilo minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-357/2020 saylı icra sənədinin surətindən görünür ki, borclular X1, X2 və Borclu müştərək qaydada ləğv prosesində olan AGbank ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli 108.LN.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3428,52 ABŞ dolları məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulmalıdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-357/2020 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “Fiat Stilo” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan “Fiat Stilo” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(074)-357/2020 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Fiat Stilo” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar