Məhkəmə qərarları › İş №8(074)-80/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-80/2022

31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-80/2022 31.05.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(074)- 3195/2016 saylı icra sənədinin icrası ilə əlaqədar borclular Borclu1 və Borclu2 məcburi gətirilmələri barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Babək İsmayılov məhkəməyə təqdimatla müraciət edərək borclular Borclu2 və Borclu1 məcburi gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-3195/2016 saylı, 28.11.2016-cı il tarixli, icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 müştərək qaydada əsas borc üzrə 1513.79 manat, faiz borcu üzrə 700.41 manat, cərimə üzrə 153.17 manat, cəmi 2385.37 manat məbləğində pul alınaraq kreditor Tələbkar ASC-yə verilməlidir. Borclular Borclu1 və Borclu2 dəfələrlə şöbəyə dəvət edilmələrinə baxmayaraq gəlməmişlər və barələrində olan icra sənədi üzrə yaranmiş 2385.37 manat borclarını ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdirlər. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfimdən borclulara dəfələrlə rəsmi və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq borclular Borclu1 və Borclu2 yaranmış borclarını tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdırlar. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfimdən Borclu1 və Borclu2 icra sənədi üzrə tələbin təmin edilməsi üçün Şamaxı rayon İcra və Probasiya şöbəsinə çağırılsalar da, onlar şöbəyə gəlməkdən qəsdən yayınmış, icra sənədinin icrasını təmin etməmişlər. Məhkəmədən Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Borclu1 və və Şamaxı rayonu, Dağ Bağırlı kəndində qeydiyyatda olan xx.xx.1976-cı il təvəllüdlü Borclu2 Şamaxı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2- ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(074)- 3195/2016 saylı məhkəmə əmrinin surətindən görünür ki, Borclular - Borclu1 və Borclu2 müştərək qaydada, 19.12.2014-cü il tarixli, 036R********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1531,79 manat, faiz borcu üzrə 700,41 manat, cərimə üzrə 153,17 manat, cəmi 2385,37 manat məbləğində pul alınaraq kreditor Tələbkar QSC-yə verilməli, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Borclu1 və Borclu2 Tələbkar QSC-nin xeyrinə 20 manat tutulmalıdır. İş materiallarından görünür ki, borclular Borclu1 və Borclu2 dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan məhkəmə əmri üzrə borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişlər. Belə ki, İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 09 yanvar 2017-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 09 yanvar 2017-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin 28 fevral 2022-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, borclular Borclu1 və Borclu2 Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, borclular Borclu1 və Borclu2 icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, borclular Borclu1 və Borclu2 məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. “İcra haqqında” Azərbaycan llespublikası Qanununun 2.1-ci maddəsinə Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şamaxı rayonu, Dağ-Bağırlı kəndində qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü Borclu1 və və Şamaxı rayonu Dağ Bağırlı kəndində qeydiyyatd olan xx.xx.1976- cı il təvəllüdlü Borclu2 Şamaxı rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilsinlər. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar