Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-83/2022 02.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi ilə, Borclu əmlakı üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, borclu X3 adma Şamaxı rayonu, Çarhan kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatlı təyinatlı torpaq üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. İcra məmuru təqdimatını onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-1581/2017 saylı, 09.06.2017-cı il tarixli icra sənədinə əsasən borclular X2 və X1 cəmi 1021,51 ABŞ dolları borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat ödənilmiş dövlət rüsumu “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə ödənilməlidir. İcra sənədi 12,07.2017-ci il tarixdə şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Borclular X5 və X4 barəsində olan borc məbləğini ödəməyərək icra sənədinin icrasından yayınmışlar. Borcluların əmlak vəziyyəti “Elektron İcra İnformasiya” sitemi vasitəsi ilə yoxlanılmış borclu X3 adına Şamaxı rayonu, Çarhan kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə borclu X3 adına Şamaxı rayonu, Çarhan kəndində yerləşən 0.0750 ha kənd təsərrüfatlı təyinatlı torpaq üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli, 2(074)-1581/2017 saylı məhkəmə əmrinin surətindən görünür ki, borclular X5 və X1 31.08.2015-ci il tarixli , **********1546 saylı kredit müqaviləsinə əsasən , əsas borc üzrə 856 manat ,faiz borcu üzrə 141 manat, cərimə üzrə 16.51 manat, cəmi 1013.51 manat və 31.08.2015- ci il tarixli, **********5565 saylı kredit müqaviləsi əsasən, əsas borc üzrə 875 ABŞ dolları, faiz borcu üzrə 141 ABŞ dolları, cərimə üzrə 5.51 ABŞ dolları ,cəmi 1021.51 ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul alınaraq kreditor “FİNCA Azerbaijan” MMQBKT-yə verilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 12.07.2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində könüllü icra edilməsi təklif olunmuşdur. İş materiallarında olan şəxsi kartoçkanın surətindən görünür ki, Borclu adına Şamaxı rayonu, Çarhan kəndində 0.0750 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 49.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində icra sənədləri icra olunarkən, dəqiq siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş əmlak növlərinə tələbin yönəldilməsinə yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısının təsdiq edilməsi barədə» 05 iyun 2002-ci il tarixli, 89 nömrəli qərarının üçüncü bəndinə görə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tələb yönəldilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, üzərinə həbs qoyulması barədə təqdimat verilmiş Borclu mülkiyyətində olan Şamaxı rayonu Çarhan kəndində yerləşən 0.0750 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı və bir hektaradək olan torpaq sahəsi olduğundan və borclu kənd təsərrüfatı ilə məşğul olduğundan, tələb həmin torpaq sahələrinə yönəldilə bilməz. Buna görə də təqdimat rədd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şamaxı rayon Məhkəməsinin 09.06.2017-ci il tarixli 2(074)-1581/2017 saylı icra sənədinin icrası ilə bağlı Borclu adına olan Şamaxı rayonu Çarhan kəndində yerləşən 0.0750 hektar torpaq sahəsinin üzərinə həbs qoyulması barədə verilmiş təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-83/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-83/2022
02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver