Məhkəmə qərarları › İş №8(074)-84/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-84/2022

02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-84/2022 02.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması barədə Şamaxı rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Pərvin Mehralıyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu adına qeydiyyata alınmış “Kiaceed” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı, avtomaşının üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu barəsində olan kredit borcunu ödəməyərək icra sənədini icra etməmişdir. Belə olduğu halda icra sənədinin məcburi icra olunması məqsədi ilə lazımı icra tədbirləri həyata keçirilmiş və məlum olmuşdur ki, icra sənədi üzrə Borclu adına KİACEED minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. Odur ki, Qobustan rayon Məhkəməsinin 2(026)-76/2017 saylı, 08.05.2017-ci il tarixli icrasını təmin etmək üçün yəni Borclu borc məbləğinin alınaraq “Finca Azerbaijan” MMQBKT-nin xeyrinə ödənilməsi məqsədi ilə savlı İcra Vərəqəsinin Borclu adına qeydiyyata alınmış KİACEED minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qobustan rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli 2(026)-76/2017 saylı icra vərəqəsinin surətindən görünür ki, X2, Borclu Səüm oğlu və X1 6118,34 (altı min yüz on səkkiz dollar otuz dörd sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumunun məbləği olan 30 manat alınıb “Finca Azerbaijan” X3 Bank Kredit Təşkilatına ödənilməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 16.05.2017-ci il tarixli icraata başlamaq haqqında qərarından və həmin tarixli bildirişin surətindən görünür ki, Qobustan rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli 2(026)-76/2017 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı 10 gün müddətində könüllü şəkildə təmin etməsi təklif edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluların əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə aparılmış icra tədbirləri nəticəsində Borclu mülkiyyətində “Kia Ceed” minik markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyata alınması müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə Borclu məxsus olan “Kia Ceed” minik markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı, təqdimat təmin edilməlidir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qobustan rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli 2(026)-76/2017 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Kia Ceed” minik markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Natiq İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar