Məhkəmə qərarları › İş №8(074)-86/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-86/2022

03.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-86/2022 03.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Yasamal rayon Məhkəməsinin 2(004)- 1895/2018 saylı 31 may 2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı Borclu adına olan torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Babək İsmayılovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 rayon Məhkəməsinin 2(004)-1895/2018 saylı 31 may 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun əmlakının üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatdan görünür ki, Yasamal rayon Məhkəməsinin 2(004)-1895/2018 saylı, 31.05.2018-ci il tarixli icra sənədinə əsasən 02.02.2013-cü il tarixli müqavilə üzrə 26785.48 manat əsas borc, 1124 manat cərimə borcu, cəmi 27909.48 manat və 27.04.2016-cı il tarixli müqavilə üzrə 39799.91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222.91 manat və məhkəmə xərcinə görə 984 manat Borclu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. 02.02.2013-cü il tarixli müqavilə tutma Borclu məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə) və X1 məxsus Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən0.12 ha torpaq sahəsinə(ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), 27.04.2016-cı il tarixli müqavilə üzrə tutma isə X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0115 ha torpaq sahəsinə ( ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X4 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə ( ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayonu Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə ( ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmentləri açıq hərracda satılmalıdır. İcra sənədi 28 aprel 2021-ci il tarixdə Şamaxı rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar, bildiriş qəbul olunaraq tərəflərə göndərilərək qanunamüvafıq qaydada icraya yönəlmişdir. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə tərəfimizdən icra tədbirləri həyata keçirilmiş, Borclu adma Ağsu şəhərində 1.512 ha və 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar olunmuşdur. Borclu qeyd olunan torpaq sahələrinin tam hüququlu sahibidir və bu ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin ******* saylı çıxarışda öz əksini tapmışdır. Məhkəmədən Borclu adına Ağsu şəhərində 1.512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərar çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən Borclu izahat verib göstərdi ki, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəməyə gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli 2(004)-1895/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, 02.02.2013- cü il tarixli müqavilə üzrə 26785,48 manat əsas borc, 1124 manat cərimə oorc, cəmi 27909,48 (iyirmi yeddi min doqquz yüz doqquz manat qırx səkkiz qəpik) manat, və 27.04.2016-cı il tarixli müqavilə üzrə 39799,91 manat əsas borcu, 1423 manat cərimə borcu, cəmi 41222,91 (qırx bir min iki yüz iyirmi iki manat doxsan bir qəpik) manat və məhkəmə xərcinə görə 984 (doqquz yüz səksən dörd) manat Borclu tutularaq "xxxx" MMC-yə ödənilməli, 02.02.2013- cü il tarixli müqavilə tutma Borclu məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat, müəyyən edilməklə) və X2 məxsus Şamaxı rayon Nağaraxana kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 16000 manat müəyyən edilməklə), 27.04.2016-cı il tarixli müqavilə üzrə tutma isə X3 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.115 ha torpaq sahəsinə (ilkin satış qiyməti 5750 manat müəyyən edilməklə) və X4 məxsus olan Şamaxı rayon Şirvan kəndində yerləşən 0.4793 ha torpaq sahəsinə (ilkin satış qiyməti 21500 manat müəyyən edilməklə) və Şamaxı rayon Muğanlı kəndində yerləşən 0.12 ha torpaq sahəsinə (ilkin satış qiyməti 15000 manat müəyyən edilməklə) yönəldilərək, ipoteka predmetləri açıq hərracdan satılmalıdır. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 28 aprel 2021-ci il tarixli qərarının surətindən görünür ki, iş üzrə icraata başlanılmış və borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 28 aprel 2021ci il tarixli 1250/3 nömrəli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Borclu Ağsu şəhərində xüsusi mülkiyyətində 1,512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varıdr. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Borclu Ağsu şəhərində xüsusi mülkiyyətində 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varıdr. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu icra məmuru tərəfindən verilən müddət ərzində tələbi könüllü surətdə icra etməmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, məcburi icra tədbirlərinin tətbiqi ilə əlaqədar “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslar mövcuddur. Ona görə də təqdimat təmin edilməli və Borclu adına olan Ağsu rayonunda yerləşən 1,512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 43.1.1-ci maddəsində borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, məcburi icra tədbiri kimi göstərilmişdir. Yuxarıda göstərilənlər əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu adına olan Ağsu rayonunda yerləşən 1,512 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardaddan 10 gün müddətində Şamaxı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar