Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-87/2022 16.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Hakim İsmayılov Natiq Əvəz oğlunun sədrliyi, Əliyeva Fatimə Fərəc qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı rayon icra və probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şamaxı rayon icra və probasiya şöbəsinin icra məmuru Babək İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, borclu xx.xx.1967-ci il təvəllüdlü Borclu barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2723/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şamaxı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi borlu Borclu aid hissədə ləğv olunmuş, iddia tələbi ona aid hissədə təmin olunmamış, qətnamə Borclu 53000 manat məbləğində pulun alınıb Tələbkar verilməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Borclu keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat alınıb X1 hesaba köçürülməsi qət edilmişdir. İcra sənədi 04 aprel 2022-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. Tələbin yönəldilməsi Borclu barədə müvafiq idarə, müəssisə, təşkilatlara və banklara sorğular edilmiş, lakin adına pul vəsaiti, əmlak və ya qiymətli əşya aşkar olunmamışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya rəsmi qaydada təqdim edilmiş və eyni zamanda ondan icra sənədində nəzərdə tutulmuş 53000 manat borcunu ödəməsi məqsədi ilə dəfələrlə izahatlar alınmışdır. Məhkəmə iclasında iştirak edən Tələbkar izahat verib Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2723/2021 saylı icra sənədinin surətindən görünür ki, Şamaxı rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi cavabdeh X3 aid hissədə ləğv olunmuş, qətnamə cavabdeh Borclu 53000 (əlli üç min) manat məbləğində pulun alınıb iddiaçı Tələbkar verlməsinə dair hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Borclu keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 142 manat və 260 manat, cəmi 402 manat alınıb X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməlidir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında bildiriş surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2723/2021 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin 10 gün müddətində icra edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqların borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədlərinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, icra sənədləri üzrə borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-2723/2021 icra sənədi üzrə borclu xx.xx.1967-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natiq İsmayılov
Məhkəmə qərarları › İş №8(074)-87/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-87/2022
16.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver