Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-91/2022 30.06.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(074)-579/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şamaxı rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Novruzovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Novruzov məhkəməyə təqdimatla müraciət edərək Borclu məcburi gətirilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2(074)-579/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutulub Tələbkar verilməlidir. Borclu dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan qərar üzrə 3240 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq tərəfimdən borcluya rəsmi və şifahi qaydada barəsində borcun ödəmədiyi halda məsuliyyət ona izah edilmiş, lakin Borclu barəsində olan borcunu tələbkarın xeyrinə ödəməyərək icra sənədinin icrasından yayınmışdır. Məhkəmədən Şamaxı rayonu, Mərzəndiyyə kəndində qeydiyyatda olan xx.xx.1984-cü il təvəllüdlü Borclu Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(074)-579/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu 11 iyun 2020-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 90 manat olmaqla cəmi 180 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Tələbkar verilməlidir. Borclu dəfələrlə şöbəyə dəvət edilməsinə baxmayaraq gəlməmiş və barəsində olan məhkəmə əmri üzrə borcunu ödəməyərək icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 23 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 23 iyul 2020-ci il tarixli könüllü icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və probasiya şöbəsinin 30 dekabr 2021-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, Borclu Şamaxı rayon icra və probasiya şöbəsinə gətirilməsi qərara alınmışdır. Beləliklə də, məhkəmə iclasında müəyyən edildi ki, Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra məmurunun çağırışlarına gəlməkdən üzürsüz səbəbdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya şöbəsinə gətirilməlidir. “İcra haqqında” Azərbaycan llespublikası Qanununun 2.1-ci maddəsinə Məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx xxxx 1984-cü il Şamaxı rayonu Mərzəndiyyə kəndində anadan olmuş, Şamaxı rayonu Mərzəndiyyə kəndində qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Şamaxı rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Şamaxı rayon Polis Şöbəsinə və Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-91/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-91/2022
30.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver