Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-93/2022 04.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı Rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli 2(074)-29/2012 saylı qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə borclu X3 tərəfindən verilmiş ərizəyə Şamaxı şəhərində Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli 2(074)-29/2012 saylı icra sənədinə əsasən cavabdehlər Borclu Azərbaycan Respublikası DƏDRX-dən verilmiş xx.xx.2006-cı il tarixli MH ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Şamaxı-Ağsu yolunun sağ kənarında istifadəsində olan 0,4 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,2 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası, X4 Azərbaycan Respublikası DƏDRX-dən verilmiş xx.xx.2007-ci il trixli ******* saylı çıxarışa əsasən mülkiyyətində olan Şamaxı rayonu Böyük Xınıslı kəndində yerləşən 2,43113 ha sahəsindən ibarət kənd təsərrüfatı təyinatlı torpaq, Azərbaycan Respublikası BDTİMHQİ-dən verilmiş xx.xx.1998ci il tarixli qeydiyyat vərəqəsinə əsasən X2 mülkiyyətində olan Şamaxı şəhəri Minaxor küçəsində 211,0 kv.m ümumi 95,2 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı 58 nömrəli mənzil, Azərbaycn Respublikası BDTİMHQİ-dən verilmiş xx.xx.2003-cü il tarixli qeydiyyat vərəqəsinə əsasən Ağammədova (Cahangirova) Şəfəq Xasay qızının mülkiyyətində olan Sumqayıt şəhəri 5-ci mikrorayonda yerləşən 60,03 kv.metr ümumi sahəsindən ibarət 3 otaqlı 16/132 nömrəli mənzil açıq hərracda satılmaqla, cavabdeh Borclu "xxxx" ASC-yə olan 822198 AZN əsas borcu, 717200 AZN faiz borcu-cəmi 1.539.399 AZN və 20 manat ödənilmiş dövlət rüsümü "xxxx" ASC-nin hesabına köçürülsün və göstərilən əmlakların satışından sonra orada yaşayan şəxslər həmin yaşayış sahəsindən çıxarılmalıdırlar. Borclu X3 ərizə ilə məhkəməyə müraciət edərək Şamaxı rayon məhkəməsinin 14 sentyabr 2012-ci il tarixli 2(074)-29/2012 saylı qətnaməsinin icrasına 6 ay müddətinə möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şamaxı rayon Məhkəməsi tərəfindən iddiaçı "AG"Bank (hazırda Yığım Fondu) borcun tutulması tələbinə görə girov qoyulmuş evin boşaldılması tələbinə dair ona qarşı iddiası təmin edilərək icraata yönəldiulmişdir. İş hazırda Şamaxı rayon İcra və Probasiya şöbəsində icraatdadır. Həmin qətnaməyə əsasən, Şamaxı rayon İcra və Probasiya şöbəsi 20 iyun 2022- ci il tarixli 2214/4 saylı Bildirişlə onu məlumatlandırmışdır ki, yaşadığı və həmin bankda girovda olan ev boşaldılmalıdır. Həmin ev atası X1 mənsub olmuşdur. Onlar əslən Zəngilan rayonundandırlar. Keçən əsrin 30-cu illərində repressiya olunub ölkə daxili Şamaxı rayonuna sürülmüşlər. Bu evdə neçə bacısının, qardaşının payı vardır. Hal-hazırda bu evdə özü, 2 qızının ailəsi və oğlunun ailəsi qeydiyyatdadır. Bu ev onların yeganə yaşayış yerləridir. X8 məxsus Sumqayıt şəhərində yerləşən bu müqavilə üzrə banka girov qoyduğumuz 3 otaqlı mənzil bank tərəfibdən satılmış və 170000 (yüz yetmiş min) manat banka ödənilmişdir. Eləcə də ona məxsus Böyük Xmıslı bələdiyyəsində yeləşən 2 hektar 43 sot torpaq sahəsi də satılıb 52000 (əlli iki min) manat pul vəsaiti 2021-ci ilin noyabr ayında banka ödənilmişdir. Onların digər yaşayış yerləri yoxdur. 5 azyaşlı nəvəsi və 8 nəfər böyük şəxs kirayə tapmaq, təcili köçmək, əşyaları köçürmək, rayon miqyasında xeyli vaxt tələb edir. Üstəlik onun satılası bir neçə torpaq sahələri və obyektləri vardır. Məqsədi tezliklə onlan satıb bankın borcunu bağlamaqdır. Ona görə də Şamaxı rayon məhkəməsinin 2 (074)-29/2012 saylı 14 sentyabr 2012- ci il tarixli qətnaməsinin icrasına 6 ay möhlət verilməsini və onun haqqında 30 iyun 2022-ci il tarixinə təyin olunmuş mənzildən çıxarılma qərarının icrasına 6 ay müddətinə möhlət verilməsi haqqında qərar qəbul edilməsini və bu barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinə göstəriş verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış Azəriqaz ASC-nin nümayəndəsi və icra məmuru məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 04 noyabr 2005-ci il tarixli 4 saylı qərarın 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən, Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Göründüyü kimi qanunvericilikdə qərarın icrasına möhlət verilməkə icra olunması müstəsna hal olub, qərarın icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə ərizəçi tərəfindən ərizədə göstərilən dəlilləri müstəsna hal kimi qiymətləndirmir və ərizədə göstərilən dəlilləri qərarın icrasına möhlət verməklə icra olunması üçün əsas hesab etmir. Məhkəmə göstərilənləri icra işi üzrə tələbkarın maraqlarına və mənafeyinə uyğun olmamasını nəzərə alaraq hesab edir ki, qərarın icrasına möhlət verməklə icra edilməsinin tətbiq edilməsi məqsədə müvafiq deyil. Beləliklə də məhkəmə hesab edir ki, Şamaxı rayon məhkəməsinin 14 sentaybr 2012-ci il tarixli 2(074)-29/2012 saylı qətnaməsinin möhlət verməklə icra olunması barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şamaxı rayon məhkəməsinin 14 sentaybr 2012-ci il tarixli 2(074)-29/2012 saylı qətnaməsinin möhlət verməklə icra olunması barədə Borclu tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-93/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-93/2022
04.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver