Məhkəmə qərarları › İş №8(074)-95/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-95/2022

13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-95/2022 13.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu iştirakı ilə, Borclu əmlakının üzərinə həbsin qoyulması barədə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icra məmuru Pərvin Mehraliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixdə verilmiş 2(074)-1095/2019 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına qeydiyyata alınmış ** DX *** qeydiyyat nişanlı Changah minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimatda göstərilir ki, Şamaxı rayon məhkəməsinin 2(074)-1095/2019 saylı xx.xx.2019cu il tarixdə verilmiş icra sənədinə əsasən Borclu Tələbkar MMC-nin xeyrinə 1000 manat məbləğində borc və 30 manat dövlət rüsumu, cəmi 1030 manat məbləğində pul tutulmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə Şamaxı rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2019-cu il tarixində icraya yönəldilmişdir. İcra sənədinin məcburi icra olunması məqsədi ilə Borclu xx.xx.2021 -ci il tarixdə şöbəyə dəvət olunmuş, borclu maddi durumu imkan vermədiyindən borcu bitənə qədər ayda 100 manat ödəyəcəyini bildirmiş, tərəfindən xx.xx.2021-ci il tarixdə 200,0 manat ödəniş olunmuşdur. Növbəti aylarda borcluya məxsus ***-***-**-** mobil nömrəsi ilə dəfələrlə əlaqə saxlanılsa da, borclu icra sənədi üzrə qalıq borcunu ödəməmişdir. Aparılan icra tədbirləri nəticəsində Borclu adına olan ** DX *** qeydiyyat nişanlı, Changan minik markalı avtomobil aşkar olunmuşdur. İcra sənədində olan tələbin təmin edilməsi məqsədilə Borclu adına olan ** DX *** qeydiyyat nişanlı, Changan minik markalı avtomobilin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən borclıu Borclu izahat verib göstərdi ki, Şamaxı rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarilxi 2(074)-1095/2019 saylı icra sənədinə əsasən ondan Soliton LTD MMC-nin xeyrinə 1000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla 1030 manat məbləğində pul tutulmalıdır. İcra sənədi üzrə 18 noyabr 2021-ci il tarixdə 200,0 manat, 10 yanvar 2022-ci ildə 100,0 manat, 17 mart 2022-ci il tarixdə 500,0 manat 13 iyul 2022-ci il tarixdə 200,0 manat olmaqla cəmi 1000,0 manat ödəniş etmişdir, qalan 30 manat məbləği də qısa müddətdə ödəyəcəyini bildirib, qəbzləri məhkəməyə təqdim edərək təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq icra məmuru və tələbkarın nümayəndəsi məhkəməyə gəlməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 16 oktyabr 2019-cu il tarilxi 2(074)- 1095/2019 saylı icra sənədinə əsasən Borclu Soliton LTD MMC-nin xeyrinə 1000 manat məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla 1030 manat məbləğində pul tutulmalıdır. İcra sənədi 29 noyabr 2019-cu il tarixdə Şamaxı rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar və bildiriş qəbul olunaraq tərəflərə göndərilmişdir. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 29 noyabr 2019-cu il tarixli icrata başlamaq haqqında qərarın surətindən görünür ki, borcluya 10 gün müddətində icranı könüllü icra etməsi təklif olunmuşdur. İş materiallarında olan Şamaxı rayon icra və probasiya şöbəsinin 29 noyabr 2019-cu il tarilxi bildirişindən görünür ki, Borclu icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. İş materiallarında olan qəbzlərdən görünür ki, Borclu tərəfindən Soliton LTD MMC-nin hesabına 18 noyabr 2021-ci il tarixdə 200,0 manat, 10 yanvar 2022-ci ildə 100,0 manat, 17 mart 2022-ci il tarixdə 500,0 manat 13 iyul 2022-ci il tarixdə 200,0 manat olmaqla cəmi 1000,0 manat ödəniş etmişdir. İş materiallarından görünür ki, Borclu tələbkar Soliton LTD MMC-yə 30 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, Borclu tərəfindən Şamaxı rayon Məhkəməsinin 16 oktyabr 2019cu il tarixli 2(074)-1095/2019 saylı icra sənədinin icrası məqsədi ilə 1000,0 manat pul ödənildiyindən onun icra sənədinin icrasında yayınması halı aşkar olunmur. Belə olan halda təqdimat əsassızdır və təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263,264, 267 və 268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar