Məhkəmə qərarları › İş №8(074)-96/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-96/2022

13.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-96/2022 13.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Pərvin Mehraliyevin təqdimatına Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 rayon Məhkəməsinin 2(074)-37/2021 saylı 16 fevral 2021-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən tələbkar Salahova (Babazadə) Səadət Vidadi qızına məxsus 13130 manat qızıl-zinət əşyaları və cehiz əşyalar, Borclu alınaraq tələbkara verilməlidir. Borclu məxsus fərdi yaşayış evindən tələbkar Salahova (Babazadə) Səadət Vidadi qızına məxsus cehiz əşyaları xx.xx.2021-ci il tarixdə çıxarılaraq təhvil verilmiş lakin, qızıl-zinət əşyaları aşkar olunmamış, borcluya qızıl-zinət əşyalarının dəyərini ödətdirmək mümkün olmamışdır. Həmçinin borclunun əmlak və gəlirlərinin axtarışları nəticə verməmişdir. Görülmüş icra tədbirləri nəticəsində Borclu Rusiya Federasiyasında yaşaması məlum olmuşdur. Odur ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-37/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayarq iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(074)-37/2021 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Salahova (Babazadə) Səadət Vidadi qızına məxsus olan karona l ədəd 1200 manat, 20 qr, komplekt brliyant 1 dəst (sırğa, üzük, boyunbağı) 2200 manat, qolbağ böyük brliyant qaşlı, l ədəd 2000 manat, saat l ədəd 800 manat, tros sep önündə onluq l ədəd 2700 manat, 70 qr, üzük paxlava brliyant qaşlı, l ədəd, 300 manat, üzük yarpaq brilyant qaşlı, l ədəd 300 manat, üzük yarpaq brilyant qaşlı, l ədəd 250 manat, üzük qırmızı qaşlı, 1 ədəd 250 manat, üzük qırmızı böyük qaşlı, 1 ədəd 400 manat, üzük gül 1 ədəd 350 manat, üzük bənövşəyi qaşlı, 1 ədəd, 280 manat, üzük tısbağa, 1 ədəd 500 manat, üzük abirçonu brliyant qaşlı, 1 ədəd, 350 manat, üzük abirçonu 1 ədəd, 600 manat, 10 qr, komplekt zefır l dəst, 1000 manat, mebel yataq, taxt, kamot, şfaner, tumbuçka 4500 manat, mebel qonaq stol 1 ədəd, stul 8 ədəd, divan 2 ədəd, kreslo 2 ədəd, jurnalnı 1 ədəd 5500 manat, mebel mətbəx, 3 metr, 600 manat, kravat setka 1 ədəd 50 manat, qazan xrom, l dəst, 5 ədəd, 70 manat, qazan qırmızı tefal 5 ədəd, 120 manat, qazan çuğun ağ güllü 5 ədəd 90 manat, qazan alminium 3 ədəd 60 manat, qazan alminium böyük, 1 ədəd 30 manat, çaynik çuğun 3 ədəd 75 manat, çaynik xrom, 1 ədəd 25 manat, çaynik alminum tok 1 ədəd 40 manat, samovar xrom tok 1 ədəd 110 manat, alminum teşt 2 ədəd. 50 manat, çuğun teşt 2 ədəd 80 manat, çuğun vedrə 2 ədəd 40 manat, dəmir vedrə 2 ədəd. 12 manat, elektrik sobası (duxovka) 1 ədəd, 100 manat, ət maşını toklu 1 ədəd 130 manat, sok çəkən, 1 ədəd 60 manat, paltaryuyan maşın, 1 ədəd (ucuz) 110 manat, soyuducu (dnepr) 1 ədəd 600 manat, televizor (samsunq) 1 ədəd, 200 manat, televizor şkafı, 1 ədəd. 80 man video dividi(samsunq). 1 ədəd. 250 manat, servis abedni 70 manat, servis çaynı, 40 manat, serviz madonnu (abedni, çaynı, kofeyni) çexiya 1100 manat, bagema meyvə qabı çexiya 2 ədəd, 120 manat, bagema konfet qabı çexiya 2 ədəd 100 manat, bagema güldan çexiya 1 ədəd 150 manat, bagema kül qabı çexiya 2 ədəd. 100 manat, bagema bakal çexiya 6 ədəd 130 manat, bagema göy meyvə qabı çexiya 5 ədəd 300 manat, kompotnica göy bagema 1 dəst 110 manat, banal göy bayema 6 ədəd 90 manat, çəhrayı bagema 4 dəst 700 manat, xurustal meyvə qabı böyük 2 ədəd 160 manat, xurustal meyvə qabı balaca 2 ədəd 120 manat, xurustal güldan böyük, 1 ədəd 80 manat, xurustal kül qabı 2 ədəd 40 manat, xurustal bakal 3 dəst 160 manat, saat stol üstü, 1 ədəd 70 manat, saat divar, 1 ədəd 50 manat, lüstur 3 ədəd 320 manat, tozsoran 1 ədəd 120 manat, xalça 3m x 6m (ucuz) 1 ədəd 120 manat, xalça 3m x 5m 4 ədəd 1600 manat, xalça 3m x 2m 1 ədəd 250 manat, xalça balaca ayaq altı 2 ədəd 50 manat, döşək 5 ədəd 350 manat, yorğan 7 ədəd 500 manat, balış 8 ədəd 280 manat, nimdər 8 ədəd 80 manat, ədyal maxrovu 2 ədəd 140 manat, prostina və çexollar 6 dəst 240 manat, skaterlər və süfrələr 4 ədəd 160 manat, qətvələr və dəsmallar 8 ədəd 280 manat, çay dəsmalları 12 ədəd 90 manat, əl üz dəsmalı 15 ədəd 130 manata dəyərində qızıl zinət əşyaları və cehiz əmlakları cavabdeh Borclu alınaraq Salahova(Babazadə) Səadət Vidadi qızına verilməlidir. İş materiallarında olan 06 iyul 2021-ci il tarixli aktdan görünür ki, Şamaxı rayon Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(074)-37/2021 saylı icra sənədində göstərilən əmlaklar alınıb iddiaçıya verilmiş, lakin qızıl zinət əşyaları aşkar olunmamışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 10 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilməsi qərara alınmışdır. İş materiallarında olan Şamaxı rayon İcra və Probasiya şöbəsinin 10 iyun 2021-ci il tarixli icra barədə bildirişin surətindən görünür ki, borcluya icra sənədində göstərilən tələbin dərhal icra olunması barədə təklif edilmişdir. Beləliklə də məhkəmə iclasında iş materialları ilə müəyyən edildi ki, Borclu heç bir üzürlü səbəb olmadan icra sənədini könüllü icra üçün icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının qanununun 84-1.1 maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Ona görə də məhkəmə hesab edir ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Borclu 18 may 1982-ci ildə Şamaxı şəhərində anadan olmuş, Şamaxı şəhəri 40 a saylı evdə yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılsın. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar