Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-98/2022 14.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, Şamaxı rayon notariat ofisinin 8İ-10350 saylı 12 noyabr 2021-ci il tarixli icra sənədi üzrə icra qeydinə xitam verilməsi barədə Şamaxı rayon İcra və probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli qərarından tələbkar Azercell Telekom MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayətə Şamaxı şəhərində, Şamaxı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı regional ASAN xidmət mərkəzinin Sİ-10350 nömrəli icra qeydinə əsasən Borclu ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37 manat 75 qəpik və bundan əlavə tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla cəmi 57 manat 75 qəpik pul tutulmalıdır. Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə Borclu Azercell Telekom MMC-yə borcu qalmadığından Şamaxı rayon noitariat ofisinin 8İ-10350 saylı,12 noyabr 2021-ci il tarilxi icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda tələbkar Azercell Telekom MMC-nin nümayəndəsi X1 rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarilxi qərarından şikayət verərək göstərmişdir ki, Şamaxı rayon notariat ofisi tərəfindən "xxxx" MMC-nin nəfinə Borclu telefon nömrəsindən istifadə nəticəsində yaranmış borcun tutulmasına dair 8İ-1829 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi çıxarılaraq icra olunması üçün Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədinə xitam verilmişdir. İcra sənədi üzrə icra qeydinə xitam verilməsi barədə Şamaxı rayon İcra və X3 ilə razı deyil və əsassız hesab edir. Şamaxı rayon İcra şöbəsinin icra məmuru qərar qəbul edilən zaman "İcra haqqında" Qanunun yuxarıda qeyd edilən maddələrinin tələblərini pozmuş və yanlış qərar qəbul etmişdir. Belə ki, borclu şəxsin "xxxx" MMC-nin elektron bazasında ********* telefon nömrəsində 37,75 manat borc vardır. Məhkəmədən Şamaxı rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş "icra sənədi üzrə icra qeydinə xitam verilməsi barədə" xx.xx.2022-ci il tarixli qərarın ləğv edilərək, Şamaxı rayon notariat ofisinin 8İ-10350 saylı, 12 noyabr 2021-ci il tarixli icra qeydi icra tədbirlərinin davam etdirilməsi üçün yenidən Şamaxı rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəməyə gəlməmişdir. Tələbkar Azercell Telekom MMC-nin nüamyəndəsi X2 məhkəməyə ərizə göndərərək şikayətə onun iştirakı olmadan baxılmasını və şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclasın tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Şamaxı regional ASAN xidmət mərkəzinin Sİ-10350 nömrəli icra qeydinə əsasən Borclu 50-223-39-86 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37 manat 75 qəpik və bundan əlavə tələbkar tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu olmaqla cəmi 57 manat 75 qəpik pul tutulmalıdır. İş materiallrında olan Şamaxı rayon İcra və Probasiya Şöbəsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə Borclu Azercell Telekom MMC-yə borcu qalmadığından Şamaxı rayon noitariat ofisinin 8İ-10350 saylı,12 noyabr 2021-ci il tarilxi icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli 54186059 saylı qəbzdən görünür ki, X4 tərəfindən 5 manat icra ödənişi edilmişdir. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli TT**********56320 nömrəli qəbzdən görünür ki, Borclu tərəfindən Azercell Telekom MMC-nin hesabına 20 manat ödəniş edilmişdir. İş materiallarında olan İB********** nömrəli qəbzdən görünür ki, 50 223 39 86 saylı Azercell nömrəsinə 7417 nömrəli kardan 37,75 manat ödəniş edilmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Borclu tərəfindən tələbkarın xeyrinə 57 manat 75 qəpik pul tutulduğundan Şamaxı rayon notariat ofisinin 8i-10350 saylı, 12 noyabr 2021-ci il tarilxi icra sənədi üzrə icraat xitam verilmişdir. Göründüyü kimi məhkəmənin icra sənədi qanunvericilikdə nəzərdə tutulmuş qaydada icra edilmiş yəni, icra məmuru tərəfindən icra sənədində göstərilən tələb borclu tərəfindən tam ödənildiyindən iş üzrə icraat xitam verilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Beləliklə də məhkəmə hesab edir ki, Şamaxı rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli qərarından tələbkar Azercell Telekom MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının MPM-nin 263-264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şamaxı rayon İcra və Probasiya şöbəsinin 08 iyun 2022-ci il tarixli qərarından tələbkar Azercell Telekom MMC-nin nümayəndəsi X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Şamaxı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov
Məhkəmə qərarları › İş №8(074)-98/2022
Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-98/2022
14.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver