Məhkəmə qərarları › İş №8(074)-99/2022

Şamaxı Rayon Məhkəməsi Qərardad — İş №8(074)-99/2022

28.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şamaxı rayonu İş № 8(074)-99/2022 28.07.2022 ŞAMAXI RAYON MƏHKƏMƏSİ Şamaxı rayon Məhkəməsinin hakimi Hümbətov Etibar Zülfüqar oğlunun sədrliyi, Abdullayev Əsgər Yadigar oğlunun katibliyi ilə, ərizəçi Borclu Şamaxı rayon Məhkəməsinin 26 mart 2022-ci il tarixli 8(074)-43/2022 saylı qərardadı ilə torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə Şamaxı rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şamaxı rayon məhkəməsinin 2(074)-66/2022 saylı, 27 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 23 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. Şamaxı rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 8(074)-43/2022 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-66/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunın mülkiyyətində olan Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Hazırda ərizəçi Borclu məhkəməyə müraciət edərək göstərmişdir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-66/2022 saylı, 27 yanvar 2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 23 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. Şamaxı rayon Məhkəməsinin 28 mart 20122-ci il tarixli 8(074)-43/2022 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-66/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunın mülkiyyətində olan Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad onun daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını pozmuşdur. Artıq zərurət aradan qaldırılmış, onun tələbkara olan aliment borcu tamamilə ödənilmişdir. Ona görə də Şamaxı rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 8(074)-43/202 saylı qərardadı ilə ona məxsus Şamaxı rayon Məlhəm kəndində yerləşən 0,12 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəni müdafiə edərək, icra vərəqəsini icra etdiyi üçün ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən iclası onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon məhkəməsinin 2(074)-66/2022 saylı, 27 yanvar 2022-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Borclu 23 sentyabr 2021-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla cəmi 360 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan Şamaxı rayon Məhkəməsinin 28 mart 20122-ci il tarixli 8(074)-43/2022 saylı qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(074)-66/2022 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclunın mülkiyyətində olan Şamaxı rayonu, Məlhəm kəndində 0.12 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan tələbkar X2 ərizəsində göstərmişdir ki, Şamaxı rayon Məhkəməsinin 2(074)-66/2022 saylı 27 mart 2019-cu il tarixli icra sənədi üzrə Borclu 17 iyun 2022-ci il tarixə aliment borcu qalmamışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şamaxı rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 8(074)-43/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Şamaxı rayonu Məlhəm kəndində 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənləri, "İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 20-21-ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Şamaxı rayon Məhkəməsinin 28 mart 2022-ci il tarixli 8(074)-43/2022 saylı qərardadı ilə Borclu mülkiyyətində olan Şamaxı rayonu Məlhəm kəndində 0,12 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 gün müddətində Şamaxı rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar