Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-109/2022 02.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(075)-3071/2016 saylı icra sənədinin icrası ilə əlaqədar borclular Borclu1 və Borclu2 Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında işlə bir yerdə baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, borclular Şəki şəhəri, Böyük Dəhnə kəndində yaşayan Borclu1 və Borclu2 Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi və qərarın icrasını DİN Şəki Rayon Məhkəməsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar və borclular məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 28.03.2016-cı il tarixli, 2(075)-3071/2016 saylı icra sənədinə əsasən borclular Borclu1 və Borclu2 cəmi 293,66 manat borc və 20 manat dövlət rüsumu alınaraq Tələbkar QSC-nin xeyrinə ödənilməlidir. Tələbin icrasının təmin edilməsi məqsədilə borclular Borclu1 və Borclu2 rəsmi qaydada bir neçə dəfə Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə çağırılsalar da, onlar, çağırışlara gəlməkdən yayınmışdırlar. İcra məmurunun çağırışlarına gəlmədiklərinə görə 26.04.2022-ci il tarixində onların məcburi gətirilməsi barədə qərar qəbul edilərək yaşadıqları ünvana göndərilmişdir. Qərarda onlara təyin edilmiş vaxtda Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlmələri təklif edilmiş, əks halda məcburi gətirilmələri barədə məhkəməyə təqdimat veriləcəyi göstərilmişdir. Borclular Borclu1 və Borclu2 məcburi gətirilmələri barədə qərarı almasına baxmayaraq bu dəfə də İcra və Probasiya Şöbəsinə gəlməkdən yayınmışdırlar. Beləliklə, borclu şəxslər Borclu1 və Borclu2 Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə çağırılmaları barədə xəbərdarlığı və məcburi gətirilmə barədə qərarı almış və bu barədə müvafiq sənədlərə imza etmişdir. Bütün bunlara baxmayaraq onlar, çağırışlara gəlməkdən yayınmışdırlar. Odur ki, tələbin məcburi icrasınə təmin etmək məqsədilə Borclu1 və Borclu2 məcburi gətirilmələrii zərurəti yaranmışdır. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan borclular Borclu1 və Borclu2 Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidirlər. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 28.03.2016-cı il tarixli 2(075)-3071/2016 saylı icra sənədinin icrası ilə əlaqədar Şəki şəhəri, Böyük Dəhnə kəndində yaşayan Borclu1 və Borclu2 məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilsinlər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №8(075)-109/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-109/2022
02.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver