Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-113/2025 14.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, X1 Şəki Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(075)-1494/2023 nömrəli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində alimentin indeksasiya olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(075)-1494/2023 nömrəli qətnaməsi ilə müəyyənləşdirilmiş aliment məbləğinin indeksasiyasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq X7, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(075)-1494/2023 nömrəli qətnaməsindən görünür ki, 07 sentyabr 2020-ci il təvəllüdlü X4 və 21 dekabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Borclu hər ay hər uşaq üçün sabit pul məbləğində 150 manat olmaqla, cəmi 300 manat aliment tutularaq X6 verilməsi qət edilmişdir. Məhkəmə, ərizəni və əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir. Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-2 yarımbəndində qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikasının Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən 2023-cü ilin yanvarın 1-dən ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının məbləği 345 manat olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ali Məhkəmə Plenumunun yuxarıda qeyd etdiyi düstura əsasən Şəki Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(075)-1494/2023 nömrəli qətnaməsinə əsasən 07 sentyabr 2020-ci il təvəllüdlü X4 və 21 dekabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər uşaq üçün tutulan 150 manat aliment məbləği sonrakı artımlar da nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 (150 x 100 : 345= 0,43) misli həddində müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 232, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Şəki Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, e-2(075)-1494/2023 nömrəli qətnaməsinə əsasən 07 sentyabr 2020-ci il təvəllüdlü X4 və 21 dekabr 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Borclu hər uşaq üçün tutulan 150 manat aliment məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verlidikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şəki Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №8(075)-113/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-113/2025
14.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver