Məhkəmə qərarları › İş №8(075)-129/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-129/2023

11.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-129/2023 11.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5191 saylı, xx.xx.2023-cü il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-578/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-8998 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-9985 saylı, xx.xx.2023-cü il tarixli və Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-11816 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun təqdimatına açıq məhkəmə iclasında işlə bir yerdə baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1940/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5191 saylı, xx.xx.2023-cü il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-578/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-8998 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-9985 saylı, xx.xx.2023-cü il tarixli və Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-11816 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular Borclu və X2 cəmi 1074,67 manat məbləğində pul vəsaiti və 31 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMM QBKT-nin xeyrinə ödənilməlidir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5191 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 58,15 manat məbləğində borc alınaraq tələkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 578/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 447 manat məbləğində borc alınaraq tələkar Tələbkar2 MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-8998 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 108,77 manat məbləğində borc alınaraq tələkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-9985 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 56,21 manat məbləğində borc alınaraq tələkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-11816 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 82,81 manat məbləğində borc alınaraq tələkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Borclunun ünvanına rəsmi qaydada bildiriş göndərilərək icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrası üçün vaxt verilməsinə baxmayaraq, Borclu həmin müddətdə tələbi icra etməmişdir. İcra sənədlərinin icrası ilə əlaqədar olaraq borcluya xx.xx.2023-cü il tarixdə məcburi icra prosesinin təyin edilməsi barədə bildiriş məktubu göndərilərək Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməsi tələb olunmuşdur. Lakin Borclu çağırışlara heç bir məhəl qoymamış, heç bir üzürlü səbəb olmadan qərəzli şəkildə çağırış üzrə gəlməkdən yayınmışdır. Borclu barəsində xx.xx.2023-ci il tarixdə “Borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmiş və borcludan 2 gün ərzində könüllü olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir. Qərarın sifarişli-xəbərnaməli məktubla borcluya göndərilməsinə baxmayaraq, Borclu bir daha qərəzli şəkildə çağırış üzrə gəlməkdən yayınmışdır. Odur ki, icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1940/2022 saylı, xx.xx.2022-ci il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-5191 saylı, xx.xx.2023-cü il tarixli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-578/2023 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-8998 saylı, xx.xx.2023-cü il tarixli, Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-9985 saylı, xx.xx.2023-cü il tarixli və Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 8İ-11816 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Şəki rayonu, Aşağı Göynük kəndində yaşayan Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar