Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-142/2023 22.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(075)-1527/2020 saylı icra sənədinin icrası ilə əlaqədar borclular Borclu2, Borclu3 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, borclular Borclu2, Borclu3 və Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclular və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, xx.xx.2021 -ci il tarixli qərarla icraata başlanılmış Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1527/2020-005 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən İddia qismən təmin edilsin. Borclu2, Borclu1 və Borclu3 1 ədəd 220 manat dəyərində paltaryuyan maşın, 1 ədəd 130 manat dəyərində elektrik ətçəkən maşın, 1 ədəd 150 manat dəyərində tozsoran, 1 ədəd 65 manat dəyərində mikser, 1 ədəd 55 manat dəyərində elektrik sobası, 1 ədəd 70 manat dəyərində ütü, 1 ədəd 25 manat dəyərində ütü stolu, 1 ədəd 90 manat dəyərində çilçıraq, 2 ədəd 50 manat dəyərində gecə lampası, 1 ədəd 40 manat dəyərində divar saatı, 1 ədəd 180 manat dəyərində xalça, 4 ədəd 320 manat dəyərində yorğan, 3 ədəd 270 manat dəyərində döşək, 1 ədəd 150 manat dəyərində döşək 2 nəfərlik, 3 ədəd 195 manat dəyərində döşəkcə, 4 ədəd 80 manat dəyərində yastıq, 1 ədəd 215 manat dəyərində yataq üstü örtük dəsti, 12 ədəd 96 manat dəyərində yastıq üzü, 8 ədəd 360 manat dəyərində yataq örtük dəsti, 2 ədəd 6 manat dəyərində salfet qabı, 5 ədəd 100 manat dəyərində süfrə, 4 ədəd 180 manat dəyərində meyvə qabı, 18 ədəd 90 manat dəyərində qənddan, 1 ədəd 90 manat dəyərində çay dəsti, 2 ədəd 80 manat dəyərində qədəh (xrustal), 18 ədəd 36 manat dəyərində qədəh (kiçik), 12 ədəd 36 manat dəyərində qədəh, 1 ədəd 58 manat dəyərində qrafin dəsti, 1 ədəd 118 manat dəyərində emal qazan dəsti, 1 ədəd 150 manat dəyərində qranit qazan dəsti, 1 ədəd 124 manat dəyərində tefal qazan dəsti, 1 ədəd 55 manat dəyərində kiçik qazan dəsti, 6 ədəd 6 manat dəyərində şiş, 1 ədəd 50 manat dəyərində alüminium aş qazanı, 1 ədəd 48 manat dəyərində qazan nikel, 1 ədəd 18 manat dəyərində üç mərtəbə qab, 2 ədəd 52 manat dəyərində tefal tava, 2 ədəd 56 manat dəyərində emal böyük tava, 1 ədəd 18 manat dəyərində böyük nikel tava, 2 ədəd 24 manat dəyərində kiçik nikel tava, 12 ədəd 18 manat dəyərində kül qabı, 2 ədəd 20 manat dəyərində emal vedrə, 1 ədəd 7 manat dəyərində metal vedrə, 1 ədəd 5 manat dəyərində plastik vedrə, 1 ədəd 18 manat dəyərində termos, 2 ədəd 32 manat dəyərində ədviyyat qabı, 3 ədəd 90 manat dəyərində güldan, 10 ədəd 60 manat dəyərində qənddan, 1 ədəd 180 manat dəyərində nahar dəsti, 1 ədəd 45 manat dəyərində kofe dəsti, 24 ədəd 36 manat dəyərində piyalə, 12 ədəd 36 manat dəyərində kasa, 6 ədəd 9 manat dəyərində salat qabı, 6 ədəd 9.60 manat dəyərində ləpə qabı, 48 ədəd 67.20 manat dəyərində boşqab (orta), 48 ədəd 76.80 manat dəyərində boşqab (böyük), 18 ədəd 32.40 manat dəyərində boşqab (böyük), 2 ədəd 72 manat dəyərində qaşıq dəsti, 48 ədəd 38.40 manat dəyərində qaşıq, 48 ədəd 38.40 manat dəyərində çəngəl, 12 ədəd 13.20 manat dəyərində bıçaq, 1 ədəd 14 manat dəyərində ləpə üyüdən, 1 ədəd 10 manat dəyərində oxlov, 1 ədəd 50 manat dəyərində qazan (böyük emal), 36 ədəd 32.40 manat dəyərində stəkan, 12 ədəd 9.60 manat dəyərində nəlbəki, 30 ədəd 15 manat dəyərində çay qaşığı, 4 ədəd 32 manat dəyərində aş boşqabı, 1 ədəd 18 manat dəyərində lampa, 2 ədəd 6 manat dəyərində abgərdən, 1 ədəd 360 manat dəyərində pərdə (1 qapı, 2 pəncərə), 1 ədəd 19 manat dəyərində tort qabı (ayaqlı), 1 ədəd 42 manat dəyərində boşqab dəsti (şirniyyat üçün), 3 ədəd 21 manat dəyərində plastik tas, 3 ədəd 36 manat dəyərində plastik tas, 1 ədəd 15 manat dəyərində üç mərtəbə qab, 2 ədəd 9 manat dəyərində duz qabı, 6 ədəd 24 manat dəyərində podnos, 1 ədəd 45 manat dəyərində odeyal, 10 ədəd 60 manat dəyərində dəsmal, 16 ədəd 48 manat dəyərində çay dəsmalı, 1 ədəd 18 manat dəyərində emal çaydan, 1 ədəd 17 manat dəyərində nikel çaydan, 1 ədəd 16 manat dəyərində plastik paltar səbəti, 1 ədəd 25 manat dəyərində tərəvəz dolabı (plastik), 1 ədəd 62 manat dəyərində uşaq vanna dəsti, 1 ədəd 46 manat dəyərində velosiped (uşaq üçün), 1 ədəd 85 manat dəyərində paltar dolabı (uşaq üçün), 1 ədəd 235 manat dəyərində yataq, (uşaq üçün), 1 ədəd 10 manat dəyərində göy doğrayan, 1 ədəd 85 manat dəyərində qazan dəsti (nikel), 1 ədəd 1000 manat dəyərində 583 əyarlı 14 qr çəkidə şüşə qaşlı boyunbağı (kolye), 1 ədəd 1100 manat dəyərində 585 əyarlı 17 qr çəkidə bilərzik, 1 ədəd 650 manat dəyərində 583 əyarlı 10 qr çəkidə boyunbağı (tros formalı), 1 ədəd 450 manat dəyərində 585 əyarlı 6 qr çəkidə şüşə qaşlı üzük, 1 ədəd 1150 manat dəyərində yataq dəsti (yataq, 2 ədəd yataq kənarı dolab, güzgülü dolab, 3 qapılı dolab), 1 ədəd 450 manat dəyərində qonaq dəsti (2 qapılı şüşəli dolab), olmadıqda onların dəyəri, həmçinin 30 (otuz) manat dövlət rüsumu alınaraq İbrahimova (Qeysəddinova) Esmira Mahmud qızına verilsin xeyrinə ödənilməlidir. Yuxanda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclular Borclu2, Borclu3, Borclu1 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. «İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxt da borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunanlara və təqdimatda göstərilən dəlillərə hüquqi qiymət verməklə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(075)-1527/2020 saylı icra sənədinin icrası ilə əlaqədar həmin icra sənədi icra edilənədək borclular Borclu2, Borclu3 və Borclu1 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(075)-1527/2020 saylı icra sənədinin icrası başa çatdırılana qədər xx xxxxxxx 1995-ci il təvəllüdlü, Şəki rayonu, Cəfərabad kəndində anadan olmuş, Şəki rayonu, Cəfərabad kəndində yaşayan Borclu2, xx xxxxxx 1972-ci il təvəllüdlü, Şəki rayonunda anadan olmuş, Şəki rayonu, Cəfərabad kəndində yaşayan Borclu3 və xx xxxxxxx 1967-ci il təvəllüdlü, Şəki rayonu Təpəcənnət kəndində anadan olmuş, Şəki rayonu, Cəfərabad kəndində yaşayan Borclu1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərar, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-142/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-142/2023
22.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver