Məhkəmə qərarları › İş №8(075)-19/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-19/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-19/2023 15.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(075)-965/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 965/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 6000,58 manat borc və 80 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" BOKT QSC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin könüllü müddət ərzində icra edilməsi üçün tərəfindən borcluya 10 gün vaxt verilmiş, lakin borclu icra sənədinin icrasını həmin müddət ərzində təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Borclu xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələb keçən müddət ərzində təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldilməsi üçün əmlakın, pul vəsaitinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaiti, tələbin yönəldilməsi üçün əmlak və gəlirlər aşkar edilməmişdir. Tərəflərindən aparılmış araşdırma nəticəsində Borclu dəfələrlə ölkə hüdudlarını tərk etdiyi müəyyən edilmişdir. Bundan başqa “Elektron İcra” informasiya sistemindən çıxarışa əsasən Borclu C03805086 nömrəli, 2022-2032-ci illər arası etibarlı olan ümumvətəndaş pasportu ilə təmin edildiyi müəyyən edilmişdir. Borclu xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi icra sənədinin icrasının təmin edilməsində çətinliklər yarada bilər. İcra sənədlərinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Bu səbəbdən də təqdimatın təmin edilməsini xahiş etmişdir. «İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxt da borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunanlara və təqdimatda göstərilən dəlillərə hüquqi qiymət verməklə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(075)-965/2022 saylı icra sənədinin icrası ilə əlaqədar həmin icra sənədi icra edilənədək Borclu ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(075)-965/2022 saylı icra sənədinin icrası başa çatdırılana qədər xx.xx.1978-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərar, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar