Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-192/2022 22.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-442/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəməyə təqdimat verərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(075)-442/2019 saylı icra sənədi üzrə tələbkar X2 icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-442/2019 nömrəli, xx.xx.2029-cu il tarixli icra sənədinə Borclu 02 fevral 2010-cu il təvəllüdlü X6 və 28 mart 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat aliment tutularaq tələbkar Yusifova (Məmmədova) Gülnarə Akif qızına ödənilməlidir. Aliment tutulmasının əvvəli 07 yanvar 2019-cu il tarixdən hesablanmalıdır. İcra sənədi üzrə tələbkar Yusifova (Məmmədova) Gülnarə Akif qızı xx.xx.2022-ci il tarixli ərizə ilə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək qızı X4 xx.xx.2020-ci il tarixdən Şəki Şəhər İcra Hakimiyyəti Qarışıq tipli uşaq evinə qəbul edildiyini və həmin tarixdən Şəki Şəhər İcra Hakimiyyəti Qarışıq tipli uşaq evində tərbiyə olunaraq yaşadığını bildirmişdir. Həmçinin tələbkar X4 uşaq evində olduğu müddət ərzində yığılmış aliment pulundan imtina etdiyini və Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-442/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə həmin hissədə Borclu qarşı hər hansı tələb və şikayətinin olmadığını bildirmişdir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan 18 avqust 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin təsdiq edilmiş sürətindən görünür ki, tələbkar X1 rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan xx.xx.2019-cu il tarixli, 2(075)- 442/2019 saylı icra sənədi üzrə tələbkar X5 məhkəmə qərarında göstərilən qızı X8 ilə bağlı olan alimentdən imtina etdiyini bildirmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 442/2019 saylı icra sənədi ilə bağlı tələbkar X5 icra sənədi üzrə tələbindən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-442/2019 saylı icra sənədi üzrə tələbkar X5 tələbindən imtinası qəbul edilməlidir. Qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21-ci və Azərbaycan Respublikası MPM-nin 231-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-442/2019 saylı icra sənədi üzrə tələbkar X2 tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №8(075)-192/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-192/2022
22.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver