Məhkəmə qərarları › İş №8(075)-194/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-194/2022

31.08.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-194/2022 31.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-2045/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında işlə bir yerdə baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, Şəki rayonu, Kiş kəndində yaşayan Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsi və qərarın icrasını Şəki ŞRPŞ-nə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş. və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-2045/2021 saylı icra sənədinə əsasən Borclu cəmi 340 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcraat zamanı Borclu dəfələrlə rəsmi qaydada xəbərdarlıq və bildiriş göndərilərək İcra və Probasiya şöbəsinə dəvət edilmiş, gəlmiyəcəyi halda məcburi qaydada gətiriləcəyi barədə məlumatlandırılmışdır. Lakin ötən müddət ərzində İcra və Probasiya şöbəsinə gəlməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyinə görə xx.xx.2022-ci il tarixində onun məcburi gətirilməsi barədə qərar qəbul edilərək yaşadığı ünvana göndərilmişdir. Borclu məcburi gətirilmə barədə qərarı almasına baxmayaraq bu dəfə də İcra və Probasiya Şöbəsinə gəlməkdən yayınmışdır. Beləliklə, borclu şəxs Borclu Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə çağırılması barədə xəbərdarlığı və məcburi gətirilmə barədə qərarı almış və bu barədə müvafiq sənədlərə imza etmişdir. Bütün bunlara baxmayaraq o, çağırışlara gəlməkdən yayınmışdır. Odur ki, tələbin məcburi icrasınə təmin etmək məqsədilə Borclu məcburi gətirilməsi zərurət yaranmışdır. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(075)-2045/2021 saylı tarixli icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu, Kiş kəndində yaşayan Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar