Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-199/2024 17.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1120/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 xx.xx.2024-cü il tarixli təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Borclu və Tələbkar ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)- 1120/ 2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 10606.70 (on min altı yüz altı manat yetmiş qəpik) manat əsas kredit borcu, 728.73 (yeddi yüz iyirmi səkkiz manat yetmiş üç qəpik) manat kreditdən istifadəyə görə faiz borcu və 53.53 (əlli üç manat əlli üç qəpik) manat cərimə borcu olmaqla, cəmi 11388.96 (on bir min üç yüz səksən səkkiz manat doxsan altı qəpik) manat və iddianın verilməsi üçün ödənilmiş 124.17 (bir yüz iyirmi dörd manat on yeddi qəpik) manat dövlət rüsumu tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin könüllü müddət ərzində icra edilməsi üçün borcluya 10 gün vaxt verilmiş, lakin borclu icra sənədinin icrasını könüllü müddət ərzində təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Borcluya edilən xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələb keçən müddət ərzində təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakın, pul vəsaitinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaiti, tələbin yönəldilməsi üçün əmlak və gəlirlər aşkar edilməmişdir. Odur ki, Borclu xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi icra sənədinin icrasının təmin edilməsində çətinliklər yarada bilər. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycarı Respublikası Qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, “İcraata başlama haqqında” qərarın, tələbin könüllü icrası haqqında bildirişin və məsuliyyətə cəlb olunma barədə xəbərdarlıqların borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1120/2024-013 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar – xx.xx.1991-ci il tarixində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Hakim Elşən Vəliyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 8(075)-199/2024 17 oktyabr 2024-cü il Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi, cənab Məzahir Məmmədova Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(075)-1120/2024-013 saylı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 01 vərəqə, 02 səhifə. Hakim Elşən Vəliyev.
Məhkəmə qərarları › İş №8(075)-199/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-199/2024
17.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver