Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-203/2024 28.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 25 may 2009-cu il təvəllüdlü Mənəfov ömər Mustafa oğlu, 30 iyun 2012-ci il təvəllüdlü X3 və 05 aprel 2021-ci il təvəllüdlü X1 üçün Borclu hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment Tələbkar ödənilməlidir. İcra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Xəyal Cəmilova qarşı heç bir tələbinin və şikayətinin olmadığını, eyni zamanda aliment tələbindən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu tələbkar və borclu məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədindən görünür ki, 25 may 2009-cu il təvəllüdlü Mənəfov ömər Mustafa oğlu, 30 iyun 2012-ci il təvəllüdlü X3 və 05 aprel 2021-ci il təvəllüdlü X1 üçün cavabdeh Borclu hər ay, hər uşaq üçün 140 manat olmaqla, cəmi 420 manat sabit pul məbləğində aliment iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan 25 sentyabr 2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin surətindən görünür ki, Tələbkar Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Vüsal İsmayılova qarşı heç bir tələbinin və şikayətinin olmadığını, eyni zamanda aliment tələbindən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə bağlı Tələbkar icra sənədi üzrə tələbindən imtina etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1056/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №8(075)-203/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-203/2024
28.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver