Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-204/2024 24.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məlikovun təqdimatına Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məlikov məhkəməyə təqdimat verərək, borclu Şəki rayonu, Vərəzət kəndində qeydiyyatda olmaqla, həmin ünvanında yaşayan Borclu Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi, Borclu və Tələbkar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e-2(075)- 1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 649 manat məbləğində pul vəsaiti və 30 dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraatıma daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər Borclu icra sənədində göstərilən ünvan 3i ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən İcra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2- ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Qeyd edilən qərar xx.xx.2024-cü il tarixdə qəbul edilərək Borclu ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, Borclu məcburi gətiriməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün Borclu 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1523/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 4 ünvanında yaşayan Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 8(075)-204/2024 xx.xx.2024-cü il Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi, cənab Məzahir Məmmədova Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(075)-204/2024 saylı Borclu məcburi gətirilməsi haqqında qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qoşma: 02 vərəqə, 03 səhifə. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №8(075)-204/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-204/2024
24.10.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver