Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-214/2022 11.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-953/2019 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu məhkəməyə təqdimat verərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, 2(075)-953/2019 saylı icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 28 noyabr 2014-cü il təvəllüdlü Yunusova Məley Vəkil qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 120 manat sabit pul məbləğində aliment alınaraq Tələbkar verilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2019-cu il tarixindən hesablanmalıdır. İcra sənədi üzrə Tələbkar xx.xx.2022-ci il tarixli ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbdən imtina etdiyini bildirmişdir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan 11 yanvar 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin təsdiq edilmiş sürətindən görünür ki, Tələbkar Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-953/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbindən imtina etdiyini bildirmiş, tələbdən imtinasının qəbul edilməsi və icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-953/2019 saylı icra sənədi ilə bağlı Tələbkar icra sənədi üzrə tələbindən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-953/2019 saylı icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilməlidir. Qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21-ci və Azərbaycan Respublikası MPM-nin 231-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)-953/2019 saylı icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-214/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-214/2022
11.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver