Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-222/2024 20.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin e-2(075)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin e-2(075)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat verən orqana, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədov 18 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, Borclu icra sənədi üzrə ödəməli olduğu 1260 manat aliment borcunu xx.xx.2024-cü ildə tam şəkildə ödədiyini bildirmiş və Şəki Rayon Məhkəməsinin e-2(075)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli təqdimatın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi Məzahir Məmmədovun ərizəsini nəzərə alaraq hesab edir ki, Şəki Rayon Məhkəməsinin e-2(075)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 13.4, 149-152, 231, 263.1, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəki Rayon Məhkəməsinin e-2(075)-1132/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı geri qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №8(075)-222/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-222/2024
20.11.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver