Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-231/2022 08.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 saylı icra sənədi üzrə borc məbləğinin hissə-hissə ödənilməsinə dair X1 ərizəsinə 2(075)-17/2020 saylı mülki işlə birlikdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsinin ayda 3000 (üç min) manat ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Tələbkar 08 dekabr 2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, X1 Şəki Rayon Məhkəməsinin 2(075)-17/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə X4 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə məhkəmə elektron sistemi vasitəsilə “sms” göndərilmiş və borclu həmin “sms”-i xx.xx.2022-ci il tarixdə saat 11:29-da almışdır. Məhkəmə tələbkarın, borclunun və Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. X2 ərizəsində göstərmişdir ki, iddiaçı Tələbkar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla birgə nikah dövründə inşa etdirdikləri ünvan 1 ünvanında yerləşən “Gənclik Restoranına” çəkilmiş 150000 (bir yüz əlli) manat pulun və həmin restoranın 15 oktyabr 2015-ci il tarixdən 01 yanvar 2019-cu il tarixədək əldə edilmiş gəliri olan 75000 (yetmiş beş min) manat pulun yarısının, ümumilikdə 112500 (bir yüz on iki min beş yüz) manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı Tələbkar məhkəməyə tələbin həcminin azaldılmasına dair ərizə təqdim edərək, onunla birgə nikah dövründə inşa etdirdikləri ünvan 2 ünvanında yerləşən “Gənclik Restoranına” çəkilmiş 145030 ( bir yüz qırx beş min otuz) manat pulun yarısının, yəni 72515 (yetmiş iki min beş yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Tələbkar onunla birgə nikahları dövründə inşa etdirdikləri ünvan 2 ünvanında yerləşən “Gənclik Restoranına” çəkilmiş 145030 (bir yüz qırx beş min otuz) manat pulun yarısı, yəni 72515 (yetmiş iki min beş yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ondan alınaraq Tələbkar verilməsi, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manatın ondan alınıb Dövlət büdcəsinə Az. MEM, VÖEN **********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməsi qət edilmişdir. O, həmin qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 2 dekabr 2020-ci il tarixli, 2(107)-1480/2020 saylı qətnaməsi ilə o və İİİ şəxs X12 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edimiş, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Tələbkar ona və İİİ şəxs X8 qarşı “birgə nikah dövründə inşa etdirdikləri ünvan 2 ünvanında yerləşən “Gənclik Restoranına” çəkilmiş 145030 (bir yüz qırx beş min otuz) manat pulun yarısının, yəni 72515 (yetmiş iki min beş yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı Tələbkar kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2(107)-64/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 2(102)- 2887/2021 nömrəli qərarı ilə iddiaçı Tələbkar tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1480/2020 nömrəli iş üzrə 02 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv olunmuş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(107)-1344/2021 saylı qətnaməsi ilə o və İİİ şəxs X12 tərəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, həmin qətnamədən narazı qalaraq kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 08 iyun 2022-ci il tarixli 2(102)- 2568/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli, 2(107)-1344/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmiş və icra məmuru tərəfindən icraata başlanılmışdır. Hal-hazıradək icra sənədində qeyd edilən məbləğin yəni 72515 (yetmiş iki min beş yüz on beş) manat pulun 6000 (altı min) manatını Tələbkar ödəmişdir. Hazırda həmin icra işi üzrə 66515 (altmış altı min beş yüz on beş) borcu qalmışdır. İcra sənədi üzrə ödəniləcək məbləğ həddən artıq böyük olduğundan onun tam şəkildə birdəfəlik ödənilməsi mümkün deyil. Onun ayda maksimum 3000 (üç min) manat ödəməyə imkanı var. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsi, Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsinin ayda 3000 (üç min) manat ödənilməklə icra edilməsi barədə qərardad qəbul edilməsini edilməsini xahiş etmişdir. Tələbkar məhkəməyə etiraz ərizəsi göndərmiş və həmin etiraz ərizəsində göstərmişdir ki, hesab edir ki, X1 Şəki Rayon Məhkəməsinin 2(075)-17/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi əsassızdır. Belə ki, borclunun işləməməsi və maddi imkanının olmaması əsası ilə ərizənin təmin edilməsi tələbkarın ziyanına olaraq ədalətli məhkəmə araşdırması hüququnun pozulması ilə nəticələnə bilər. Qanunvericiliyin qeyd edilən tələbləri baxımından göründüyü kimi məhkəmə qətnaməsinin icrası məhkəmə baxışının tərkib hissəsi olmaqla, bu tələbkarın məhkəmə araşdırmasının ağlabatan müddət ərzində həyata keçirilməsinə olan hüququnu pozur. X1 Şəki Rayon Məhkəməsinin 2(075)-17/2020 saylı 04 iyun 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, X4 ərizəsini araşdıraraq hesab edir ki, ərizə əsaslı deyildir. Belə ki, ərizənin məzmunundan və mülki iş materiallarından görünür ki, Tələbkar onunla birgə nikahları dövründə inşa etdirdikləri ünvan 2 ünvanında yerləşən “Gənclik Restoranına” çəkilmiş 145030 (bir yüz qırx beş min otuz) manat pulun yarısı, yəni 72515 (yetmiş iki min beş yüz on beş) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun X3 alınaraq Tələbkar verilməlidir, mülki iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat X3 alınıb Dövlət büdcəsinə Az. MEM, VÖEN **********, X7 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 231-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulu və qaydasını dəyişməyə haqlıdır. X6 ərizə ilə məhkəməyə müraciət edərək, ailə və maddi vəziyyətini, borcunu bir dəfədə ödəmək imkanının olmamasını nəzərə alaraq Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 saylı qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Tələbkar ödəməli olduğu borcunun hissə-hissə olmaqla, hər ay 3000 manat məbləğində ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etsə də, məhkəmə mövcud borclarla müqayisədə təklif edilən həmin ödəniş məbləğini ağlabatan hesab etmir. Belə ki, X6 məhkəmə iclasına gəlməmiş, məhkəməyə izahat verməmiş, borcunu birdəfəyə ödəməsinin mümkünsüzlüyünü təsdiq edəcək əmlak vəziyyəti barədə, eləcə də icra sənədinin icrası üzrə icra tədbirlərinin yekunlaşdırılıb-yekunlaşdırılmaması barədə məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Həmçinin Tələbkar da borclunun hazırki ərizəsinə cavab olaraq məhkəməyə etiraz ərizəsi göndərmişdir. Bundan başqa Tələbkar etiraz ərizəsinə Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(075)-220/2022-ci il tarixli qərardadını əlavə etmişdir. Həmin qərardadın məzmunundan görünür ki, Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X10 məhkəməyə təqdimat verərək, X2na məxsus olan Şəki şəhəri Mikayıl Müşviq küçəsində 0.0218 ha sahibkarlıq məqsədli yaşayış məntəqələri torpağının, ünvan 3 ünvanında, ikinci mərtəbədə yerləşən, 2 otaqlı, 42.80 kv.m ½ hissə payla mənzilin (borcluya aid ½ hissəsi üzərinə), mühərrik həcmi 2979, Universal ban tipli, BMW X-5 model, qara rəndgli, 2014 istehsal, ** VD *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilərək həmin əmlaklar üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, 10 noyabr 2022-ci il tarixdə təqdimata baxılaraq təqdimatın təmin edilməsi haqqında qərardad çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin həmin 10 noyabr 2022-ci il tarixli, 8(075)-220/2022 nömrəli qərardadından X2 19 noyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş və borclunun verdiyi şikayət işlə birlikdə baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi borclu məhkəmə qətnaməsini icra etməmək üçün vaxtilə qətnamənin icrası məqsədilə üzərinə həbs qoyulmuş əmlakları həbsdən və müəyyən yüklülükdən azad etmək istəməklə qeyd edilən qətnamənin icrasından yayınır. Borclunun hazırkı ərizəsi də qeyd edilən qəbildən olan ərizələrdəndir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsinin ayda 3000 (üç min) manat ödənilməklə icra edilməsinə dair ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267-268ci maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Şəki Rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli, 2(075)-17/2020 nömrəli qətnaməsinin ayda 3000 (üç min) manat ödənilməklə icra edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №8(075)-231/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-231/2022
08.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver