Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-25/2024 14.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-2579/2023 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(075)- 2579/2023 saylı icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılmalıdır. İcra sənədi üzrə Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-2579/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 və tələbkar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimata və ona əlavə edilmiş sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)- 2579/2023 saylı icra sənədindən görünür ki, Tələbkar tərəfindən xx.xx.2023-cü il tarixdə ********** saylı qəbz üzrə ödənilmiş 100 mnat dövlət rüsumu geri qaytarılmalıdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin təsdiq edilmiş sürətindən görünür ki, Tələbkar icra sənədi üzrə tələb və şikayətinin olmadığını bildirərək, tələbindən imtinanın məhkəmə tərəfindən qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-2579/2023 saylı icra sənədi ilə bağlı Tələbkar icra sənədi üzrə tələbindən imtina etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-2579/2023 saylı icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(075)-2579/2023 saylı icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №8(075)-25/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-25/2024
14.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver