Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-26/2024 19.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(075)-5539/2017 saylı icra sənədinin icrası ilə əlaqədar borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(075)-5539/2017 saylı icra sənədinin icrası ilə əlaqədar borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-cu il tarixli qərarla icraata başlanılmış Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-5539/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu1, xx.xx.1961-ci ildə ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Borclu2, xx.xx.1978-ci ildə ünvan 2i ünvanında qeydiyyatda olan və yaşayan Borclu3 müştərək qaydada 3876.03 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixində Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu1, Borclu2 və Borclu3 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclurun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, borclular Borclu1, Borclu2 və Borclu3 xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi icra sənədinin icrasının təmin edilməsində çətinliklər yarada bilər. «İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxt da borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ böyük böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunanlara və təqdimatda göstərilən dəlillərə hüquqi qiymət verməklə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(075)-5539/2017 saylı icra sənədinin icrası ilə əlaqədar həmin icra sənədi icra edilənədək borclular Borclu1, Borclu2 və Borclu3 ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2(075)-5539/2017 saylı icra sənədinin icrası başa çatdırılana qədər xx.xx.1977-ci il tarixində Şəki rayonu, Aşağı Layısqı kəndində anadan olmuş, Şəki rayonu, Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla, yaşayan Borclu1, xx.xx.1961-ci il tarixində anadan olmuş, Şəki rayonu, Aşağı Layısqı kəndində qeydiyyatda olmaqla, yaşayan Borclu2, xx.xx.1978-ci il tarixində Şəki rayonu, Aşağı Layısqı kəndində anadan olmuş, Şəki rayonu, Abbas kəndində qeydiyyatda olmaqla, yaşayan Borclu3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərar, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-26/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-26/2024
19.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver