Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-27/2023 27.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-816/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında işlə bir yerdə baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-816/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar və borclu məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı bununla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-816/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Şəki rayonu Aqrar islahat Komissiyasının 07 may 1998-ci il tarixli, 49 nömrəli qərarına əsasən Şəki rayonu Cumakənd kənd sakinlərinə 2,91 ha pay torpaq sahəsinin verilməsi barədə JN-233 saylı, kod 40413018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı'na əsasən Tələbkar və digərlərinin ümimi birgə mülkiyyətinə verilmiş torpaq sahəsindən əmlakı ilə birlikdə çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə yaradılmış maneəçilik aradan qaldırılmalıdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlanılmışdır. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı bildiriş və dəfələrlə xəbərdarlıq göndərilmişdir. Sonuncu, xx.xx.2023-cü il tarixdə göndərilmiş xəbərdarlıqda borcludan icra sənədi üzrə tələbin təmin edilməsi və 3 gün müddətində Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir. Lakin borclu keçən müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmiş və icra məmurunun rəsmi çağırışına gəlməmişdir. Odur ki, icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki Rayonu üzrə icra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən böyük icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-816/2022 saylı icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu, Cumakənd kəndində yaşayan Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-27/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-27/2023
27.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver