Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-36/2023 06.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ X5 Vaqi oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1069/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(075)- 1069/2021 saylı icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1069/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 1 ədəd 79 manat dəyərində “Kumtel” markalı elektrik bişirmə sobası, 1 ədəd 48 manat dəyərində “Quick Chopper” markalı blender, 1 ədəd 350 manat dəyərində “Çinar” markalı soyuducu, 1 ədəd 669 manat dəyərində “Sharp” markalı paltaryuyan, 1 ədəd 580 manat dəyərində “Samsung” markalı televizor, 1 ədəd 175 manat dəyərində od samovarı (7L), 2 ədəd 145 manat dəyərində qrafin dəsti xrustal, 1 ədəd 55 manat dəyərində qrafin dəsti, 1 ədəd 46 manat dəyərində gecə lampası, 1 ədəd 75 manat dəyərində çilçıraq (4 şamdanlı), 1 ədəd 125 manat dəyərində çilçıraq (8 şamdanlı), 1 ədəd 200 manat dəyərində xalça (kaşmir) böyük, 1 ədəd 170 manat dəyərində xalça (kaşmir) kiçik, 2 ədəd 360 manat dəyərində çay dəsti (ağ farfor), 1 ədəd 470 manat dəyərində nahar servis (ağ farfor), 1 ədəd 65 manat dəyərində kofe dəsti (ağ farfor), 1 ədəd 200 manat dəyərində çay dəsti (versace), 6 ədəd 57 manat dəyərində qədəh xrustal, 1 ədəd 60 manat dəyərində nahar dəsti, 1 ədəd 75 manat dəyərində mətbəx dəsti, 1 ədəd 115 manat dəyərində qaşıq dəsti, 4 ədəd 60 manat dəyərində tava, 1 ədəd 110 manat dəyərində emal qazan dəsti, 1 ədəd 90 manat dəyərində qazan dəsti, 1 ədəd 95 manat dəyərində böyük güldan xrustal, 1 ədəd 65 manat dəyərində güldan farfor, 12 odod 14.40 manat dəyərində stəkan xrustal, 12 ədəd 14.40 manat dəyərində nəlbəki, 12 ədəd 4.8 manat dəyərində mürəbbədən, 12 ədəd 9.6 manat dəyərində qədəh (kiçik), 6 ədəd 10.20 manat dəyərində kasa, 6 ədəd 7.2 manat dəyərində piyalə, 2 ədəd 24 manat dəyərində dörə, 12 ədəd 10.80 manat dəyərində boşqab (sadə), 12 ədəd 13.20 manat dəyərində boşqab (dördbucaq), 1 ədəd 20 manat dəyərində çaydan (böyük), 1 ədəd 16 manat dəyərində çaydan (kiçik), 1 ədəd 25 manat dəyərində divar saatı, 1 ədəd 45 manat dəyərində podnos (3-lü), 1 ədəd 22 manat dəyərində tefal tava, 1 ədəd 8 manat dəyərində paynik, 20 metr 200 manat dəyərində pərdə (tül), 1 ədəd 550 manat dəyərində pərdə, yataq üst örtük dəsti, 1 ədəd 180 manat dəyərində yataq üst örtük dəsti, 1 ədəd 105 manat dəyərində pərdə mətbəx üçün, 3 ədəd 330 manat dəyərində döşək, 4 ədəd 300 manat dəyərində yorğan, 2 ədəd 110 manat dəyərində döşəkçə, 4 ədəd 84 manat dəyərində yastıq, 1 ədəd 80 manat dəyərində sandıq, 1 ədəd 55 manat dəyərində yataq örtük dəsti, 2 ədəd 120 manat dəyərində yay yorğanı, 1 ədəd 35 manat dəyərində "Seven Star" markalı mikser, 1 ədəd 135 manat dəyərində “Eurolux” markalı tozsoran, 1 ədəd 24 manat dəyərində süfrə, 1 ədəd 35 manat dəyərində süfrə, 1 ədəd 27 manat dəyərində süfrə, 1 ədəd 75 manat dəyərində “Seven Star” markalı tefal dəsti, 1 ədəd 40 manat dəyərində ütü stolu, 1 ədəd 40 manat dəyərində “Texnolux” markalı ütü, 1 ədəd 350 manat dəyərində stol, 6 ədəd stul, 1 ədəd 2590 manat dəyərində 18.5 qram çəkidə 750 əyarlı brilyant qaşlı kolye, 1 ədəd 1470 manat dəyərində 10.5 qram çəkidə 750 əyarlı brilyant qaşlı bilərzik, 1 ədəd 1120 manat dəyərində 8 qram çəkidə 750 əyarlı brilyant qaşlı tənə, 1 ədəd 560 manat dəyərində 4 qram çəkidə 750 əyarlı brilyant qaşlı üzük, 1 ədəd 60 manat dəyərində döşək (uşaq üçün), 1 ədəd 45 manat dəyərində yorğan (uşaq üçün), 1 ədəd 15 manat dəyərində yastıq (uşaq üçün), 1 ədəd 280 manat dəyərində çarpayı (uşaq üçün), 1 ədəd 35 manat dəyərində velosiped 1 ədəd 896 manat dəyərində “Веко” markalı soyuducu, olmadıqda isə onların dəyəri, həmçinin 1 ədəd 600 manat dəyərində “Веко” markalı paltaryuyan maşının dəyərinin yarısı, yəni 300 (uç yüz) manat, əmlakların qiymətləndirilməsi üçün "xxxx" MMCyə ödənilmiş 230 (iki yüz otuz) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq Tələbkar verilməlidir. İcra sənədi üzrə Tələbkar xx.xx.2023-ci il tarixli ərizə ilə Şəki rayonu üzrə icra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsinin 2(075)- 1069/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu1 ilə hal-hazırda barışdıqlarını, hal-hazırda faktiki olaraq ər-arvad münasibətində olduqlarını, eyni evdə övladları ilə birlikdə yaşadıqlarını, xx.xx.2023-cu il tarixində aralarında dini kəbin kəsildiyini və icra sənədi üzrə borclular Borclu1 və Borclu2 ilə razılaşdıqlarını buna görə də Şəki Rayon Məhkəməsinin 2(075)-1069/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbindən imtina etdiyini bildirmişdir. Şəki Rayon Məhkəməsinin 2(075)-1069/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin təsdiq edilmiş sürətindən görünür ki, Tələbkar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan xx.xx.2021-ci il tarixli, 2(075)-1069/2021 saylı icra sənədində imtina etdiyini bildirmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1069/2021 saylı icra sənədi ilə bağlı Tələbkar icra sənədi üzrə tələbindən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1069/2021 saylı icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilməlidir. Qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21-ci və Azərbaycan Respublikası MPM-nin 231-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1069/2021 saylı icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-36/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-36/2023
06.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver