Məhkəmə qərarları › İş №8(075)-40/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-40/2022

09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-40/2022 09.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 16.06.2020-ci il tarixli, 2(001)-2013/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlu məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 təqdimatı onunla əsaslandırmışdır ki, 07.07.2020-ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-2013/2020 saylı, 16.06.2020-ci il tarixli icra sənədinə əsasən xx xxx 1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu hər ay bir uşağın yetkinlik yaşınadək saxlanılması üçün cəmi 170 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi 29.06.2020-ci il tarixində Şəki rayonu üzrə İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönləndirilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamış, 4080 manat aliment borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bu səbəbdən də təqdimatın təmin edilməsini xahiş etmişdir. «İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxt da borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunanlara və təqdimatda göstərilən dəlillərə hüquqi qiymət verməklə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 16.06.2020-ci il tarixli, 2(001)-2013/2020 saylı icra sənədinin icrası ilə əlaqədar həmin icra sənədi icra edilənədək Borclu ölkədən getmək hüquqları müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 16.06.2020-ci il tarixli, 2(001)-2013/2020 saylı icra sənədinin icrası başa çatdırılana qədər xx xxx 1991-ci il təvəllüdlü, ünvan 2 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərar, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar