Məhkəmə qərarları › İş №8(075)-40/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-40/2024

27.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-40/2024 27.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(075)-395/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüquqlarının müvəqqəti məhdudlaşdırılması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(075)- 395/2023 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi, borclu və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(075)-395/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 21 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməlidir. İcra sənədinin dərhal icra edilməsi üçün tərəfimizdən borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədinin icrasını təmin etməmişdir. Borclu icra sənədi üzrə tələbin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdi'. Borcluya edilən xəbərdarlığa baxmayaraq icra sənədi üzrə tələb keçən müddət ərzində təmin edilməmişdir. İcra sənədinin icrası ilə əlaqədar borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakın, pul vəsaitinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Nəticədə borcluya məxsus banklarda pul vəsaiti, tələbin yönəldilməsi üçün əmlak və gəlirlər aşkar edilməmişdir. Bundan başqa "Elektron İcra’’ sistemindən çıxarışa əsasən Borclu C03057910 nömrəli, 2021-2031-ci illər arası etibarlı olan ümumvətəndaş pasportu ilə təmin edildiyi, eyni zamanda mütəmadi olaraq xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi müəyyən edilmişdir. Tələbkar xx.xx.2023-cü il tarixli ərizə ilə Şəki Rayonu üzrə İcra Şöbəsinə müraciət edərək Borclu xarici ölkələrə getmək ehtimalının olduğunu bildirmiş və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdud aşdırılmasını xahiş etmişdir. Borclu xarici ölkəyə gedərək yaşayış yerini dəyişməsi icra sənədinin icrasınır təmin edilməsində çətinliklər yarada bilər. «İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxt da borclu tərəfindən üzürsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ böyük böyük icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd olunanlara və təqdimatda göstərilən dəlillərə hüquqi qiymət verməklə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(075)-395/2023 saylı icra sənədinin icrası ilə əlaqədar həmin icra sənədi icra edilənədək Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsaslanaraq «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(075)-395/2023 saylı icra sənədinin icrası başa çatdırılana qədər xx.xx.1978-ci il tarixində Sakar rayonunda anadan olmuş, Şəki rayonu, Baltalı kəndində qeydiyyatda olmaqla, yaşayan X3 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət qərar, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar