Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-42/2022 11.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-32/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-32/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin nümayəndəsi, Borclu və tələbkar X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-32/2020 saylı icra sənədinə əsasən Borclu 4000 manat pul alınaraq tələbkarlar Tələbkar2, Tələbkar3 və Tələbkar1, 300 (üç yüz) manat ekspertiza xərci isə tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Müvafiq bildiriş göndərilməklə icra sənədinin könüllü şəkildə icra edilməsi üçün tərəflərindən Borclu 10 gün vaxt verilmişdir. Lakin o, icra sənədinin icrasını könüllü müddət ərzində üzrsüz səbəbdən təmin etməmişdir. Bundan sonra tərəflərindən borclunun yaşadığı ünvana rəsmi qaydada xəbərdarlıq və çağırışlar göndərilmiş, Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gəlməsi ondan tələb edilmişdir. Lakin borclu xəbərdarlıq və çağırışlara məhəl qoymamış, heç bir üzürlü səbəb olmadan, qərəzli şəkildə şöbəyə gəlməkdən imtina etmişdir. Bununla yanaşı Borclu icra sənədi üzrə tələbin icrası təmin etməmişdir. Ona görə də icra sənədinin icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Odur ki, icra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. Məhkəmə təqdimatı və materialı araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 28 oktyabr 2021-ci il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi üçün Borclu xəbərdarlıq edilmişdir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli, 2(075)-32/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Şəki rayonu Qoxmuq kəndində qeydiyyatda Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-42/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-42/2022
11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver