Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-43/2022 09.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(075)-23/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-23/2021 saylı, 15 fevral 2021-ci il tarixli icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclular Borclu1, Mikayılova (Sədiyeva) Rahilə Hacıbala qızı və Tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 15 fevral 2021-ci il tarixli, 2(075)-23/2021 saylı icra sənədinə əsasən Borclu1 və Mikayılova (Sədiyeva) Rahilə Hacıbala qızından 3 ədəd 300 manat dəyərində döşək, 3 ədəd 240 manat dəyərində yorğan, 3 ədəd 66 manat dəyərində yastıq, 1 ədəd 90 manat dəyərində ət çəkən maşın, 1 ədəd 110 manat dəyərində “Eurolux” markalı tozsoran, 1 ədəd 124 manat dəyərində 5 parça “Tefal” qazan dəsti, 1 ədəd 118 manat dəyərində 3 parça emal qazan dəsti, 1 ədəd 220 manat dəyərində ağ-qızılı rəngli nahar dəsti, 1 ədəd 65 manat göy güllü çay servisi (7 parça), 1 ədəd 18 manat dəyərində emal çaydan (şirli), 2 ədəd 12 manat dəyərində çaynik (dəm), 1 ədəd 70 manat dəyərində elektrik samovarı, 1 ədəd 10 manat dəyərində emal (şirli) vedrə, 1 ədəd 45 manat dəyərində DVD, 12 ədəd 15.60 manat dəyərində böyük (dərin) boşqab, 1 ədəd 110 manat dəyərində xrustal qrafin-qədəh dəsti (Bohema 7 parça), 1 ədəd 190 manat dəyərində xrustal qrafin-qədəh dəsti (Bohema 13 parça), 1 ədəd 45 manat dəyərində qrafin-qədəh dəsti (7 parça), 2 ədəd 300 manat dəyərində çilçıraq (lüstur), 1 ədəd 25 manat dəyərində gecə çilçırağı (naçnik), 3 ədəd 12 manat dəyərində külqabı, 3 ədəd 18 manat dəyərində qənddan, 2 ədəd 170 manat dəyərində qaşıq dəsti (90 parça), 1 ədəd 100 manat dəyərində sandıq, 1 ədəd 110 manat dəyərində xalça, 1 ədəd 35 manat dəyərində güldan, 1 ədəd 1100 manat dəyərində yataq dəsti, 1 ədəd 900 manat dəyərində qonaq dəsti, 1 ədəd 800 manat dəyərində divan kreslo dəsti və 300 manat dəyərində stol-stul dəsti, olmadıqda onların dəyəri alınaraq Tələbkar verilməlidir. Borclu1 2200 manat dəyərində 1 ədəd soyuducu və 1100 manat dəyərində 1 ədəd paltaryuyan maşının dəyərinin yarısı, yəni 1650 (bir min altl yüz əlli) manat alınaraq Tələbkar verilməlidir. Qiymətləndirməyə ödənilmiş 235 (iki yüz otuz beş) manatın ½ hissəsi, yəni 117.5 (bir yüz on yeddi manat əlli qəpik) manatı Tələbkar özünə aid edilməklə, ½ hissəsi, yəni 117.5 (bir yüz on yeddi manat əlli qəpik) manatı Borclu1 alınaraq Tələbkar verilməlidir. İcra sənədi üzrə Tələbkar 14 fevral 2022-ci il tarixdə ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək tələbindən imtina etdiyini bildirmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(075)-23/2021 saylı icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan 14 fevral 2022-ci il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin təsdiq edilmiş surətindən görünür ki, Tələbkar Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək icra sənədində göstərilən əmlakları və ya onların dəyərini, eyni zamanda borclular tərəfindən ona ödənilməli olan pulu götürməkdən imtina etdiyini bildirmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 2(075)-23/2021 saylı, 15 fevral 2021-ci il tarixli icra sənədi ilə bağlı Tələbkar icra sənədi üzrə tələbindən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-23/2021 saylı, 15 fevral 2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilməlidir. Qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21-ci və Azərbaycan Respublikasının MPM-nin 231-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-23/2021 saylı, 15 fevral 2021-ci il tarixli icra sənədi üzrə Tələbkar tələbindən imtinası qəbul edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-43/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-43/2022
09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver