Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-45/2022 09.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə Şəki Rayon Məhkəməsinin 2(075)-1755/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 məhkəməyə təqdimat verərək, Borclu adına qeydə alınmış **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ- 21074” markalı minik avtomobilinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Borclu və tələbkar "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)- 1755/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 2705.8 manat borc və 30 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" MMCnun xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq borclulara göstərilən tələbin 10 gün müddətində könüllü təmin olunması barədə bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə borcun ödənilməsini keçən müddət ərzində təmin etməmişdirlər. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq borcluların mülkiyyətində tələbin yönəldilə biləsi əmlakının, pul vəsaitlərinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara alınan cavablara əsasən Borclu adına **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı minik avtomobilinin qeydə alındığı müəyyən edilmişdir. İcra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus avtomobilin üzərinə həbsin qoyulması və tələbin həmin əmlaka yönəldilməsi məqsədə müvafiqdir. Odur ki, borc məbləğinin ödənilməsi məqsədi ilə Borclu məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı minik avtomobilinin üzərinə həbs qoyulması barədə təqdimatın təmin edilməsini xahiş etmişdir. Təqdimatı elan edib, işdə olan sənədlərə baxaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, icra sənədinin icrası ilə əlaqədar olaraq borclulara tələbin könüllü icrası üçün müəyyən müddət verilmiş, lakin borclu bu müddət ərzində borcu ödəməmişdir. İcra Şöbəsi tərəfindən borclular rəsmi xəbərdarlıq edilmiş, bu da nəticə verməmişdir. Banklarda borcluya məxsus pul vəsaitinin olmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1755/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Qeyd edilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 50-ci və Azərbaycan Respublikasının MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-1755/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu məxsus **-BO-*** dövlət qeydiyyat nişanlı, “VAZ-21074” markalı minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-45/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-45/2022
09.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver