Məhkəmə qərarları › İş №8(075)-49/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-49/2022

15.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-49/2022 15.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(075)-23/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-23/2021 saylı, 15 fevral 2021-ci il tarixli icra sənədi üzrə Tələbkar icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2, borclular Borclu1, Mikayılova (Sədiyeva) Rahilə Hacıbala qızı və Tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimata baxılması ilə bağlı məhkəmə iclası bu günə, yəni 15 mart 2022-ci il tarixə, saat 11:20-yə təyin edilmişdir. Lakin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi məhkəməyə ünvanladığı məktubunda təqdimata baxılmasına zərurət qalmadığını bildirmiş, təqdimatın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlər nəzərə alınaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin ərizəsi nəzərə alınaraq təqdimat geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəki Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2(075)-23/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 28 fevral 2022-ci il tarixli təqdimatı geri qaytarılsın. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar