Məhkəmə qərarları › İş №8(075)-51/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-51/2024

12.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-51/2024 12.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlunun təqdimatına Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəməyə təqdimat verərək, Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərarın icrasının Şəki ŞRPŞ-yə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat verən orqana, tələbkar və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildiriş göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişlər. Lakin Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Qasımov Elçin Hicran oğlu verilmiş təqdimatla iş yükünün çoxluğunun nəzərə alınaraq təqdimata iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 186/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 14 mart 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 11 yanvar 2017-ci il tarixli, 2(075)-718/2017 saylı məhkəmə əmri ilə Borclu tutulması müəyyən edilmiş aliment məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməli və həmin aliment məbləği tutularaq Tələbkar ödənilməlidir. Borclunun ünvanına rəsmi qaydada bildiriş göndərilərək icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmasına baxmayaraq, Borclu həmin müddətdə tələbi icra etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar olaraq bocluya xx.xx.2023-cü il tarixində xəbərdarlıq məktubu göndərilərək Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Lakin, Borclu çağırışlara heç bir məhəl qoymamış, heç bir üzürlü səbəb olmadan qərəzli şəkildə çağırış üzrə gəlməkdən yayınmışdır. Borclu barəsində xx.xx.2023cü il tarixdə “Borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmiş və borcludan 2 gün ərzində könüllü olaraq Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gəlməsi tələb edilmişdir. Qərarın sifarişli-xəbərnaməli məktubla borcluya göndərilməsinə baxmayaraq, Borclu çağrışa gəlməkdən bir daha qərəzli şəkildə yayınmışdır. Odur ki, icra sənədinin məcburi icrası ilə əlaqədar borclunun məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməsinə zərurət yaranmışdır. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şəki Rayon Məhkəməsinin 2(075)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün Borclu 10 gün müddətində vaxt verilmişdir. Məhkəmə təqdimatı və iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, Borclu Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə gətirilməli və qərarın icrası Şəki ŞRPŞ-ya həvalə edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirdiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Şəki Rayon Məhkəməsinin 2(075)-186/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə məcburi gətirilsin. Qərarın icrası Şəki ŞRPŞ-ya həvalə edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar