Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-69/2024 29.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim оğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-699/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Şəki rayonu üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli qərarla icraata başlanılmış Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)-699/2022-007 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 5804 manat məbləğində pul vəsaiti və 78.4 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixində Şəki rayonu üzrə icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hesab edirəm ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Odur ki, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimatın hüquqi əsas kimi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsinə istinad edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə təqdimatı və təqdimata əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəki Rayon Məhkəməsinin 2(075)-699/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, Borclu Tələbkar ASC-nin xeyrinə 4974,15 manat əsas, 829,85 manat faiz borcu olmaqla, cəmi 5804 manat borc və 78,04 manat dövlət rüsumu tutulması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın və xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətlərindən görünür ki, Borclu Şəki Rayon Məhkəməsinin 2(075)-699/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Təqdimata əlavə edilmiş sənədlərdən, icra qurumunun xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişinin və icraata başlamaq haqqında qərarının surətinin həqiqətən borclunun ünvanına göndərilməsi görünmür. Bundan başqa, təqdim olunmuş sənədlərdən icra məmuru tərəfindən borcluya rəsmi xəbərdarlıqların edilməsi, onun icra qurumuna dəvət olunması, izahatlarının alınması da müəyyən edilmir. “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir (2.2.1); icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir (2.2.2.); borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olubolmamasını yoxlayır (2.2.3). İş materiallarından görünür ki, icra məmuru tərəfindən borclunun adına qiymətli daşınar və daşınmaz əmlakların olub-olmaması barədə, pensiya və ya digər müavinət alıb-almaması barədə müvafiq təşkilatlara sorğular verilmiş, borcluya məxsus heç bir qiymətli əmlak aşkar edilməmiş, onun sosial müavinət və ya pensiya alması müəyyən edilməmişdir. Bununla belə məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Lakin, təqdimata əlavə olunmuş sənədlərdən Borclu tələbin könüllü icrası haqqında bildirişi alması və ya bu barədə məlumatlı olması görünmür. Digər tərəfdən, təqdim olunmuş materialdan görünür ki, borclunun adına əmlakların olub-olmaması barədə sorğular sonuncu dəfə 2022-ci ildə verilmiş, həmin tarixdən sonrakı dövrdə borclunun adına qiymətli daşınar və daşınmaz əmlakların olub-olmaması barədə, pensiya və ya digər müavinət alıb-almamaları barədə icra məmuru tərəfindən müvafiq tədbirlər görülməmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, icra məmuru tərəfindən tələbin könüllü icrası üçün bildirişin borcluya çatdırılması qanuna müvafiq qaydada təmin olunmamışdır, icra sənədinin icra edilməməsinin səbəbləri müəyyənləşdirilməmiş, eləcə də 2022-ci ildən sonrakı dövr üçün borclunun əmlakının axtarılması üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab hesab edir ki, borclu X2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1ci maddəsini və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-699/2022 nömrəli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə verilmiş təqdimat rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №8(075)-69/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-69/2024
29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver