Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-72/2024 29.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X5 iştirakı ilə, Şəki Rayon Məhkəməsinin 2(075)-49/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması haqqında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəməyə təqdimat verərək, Borclu məxsus Şəki rayonu, Şəki kəndində yerləşən 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X4 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(075)- 49/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 1378.61 manat məbləğində pul vəsaiti və ödənilmiş 43 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertirzası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Borclu tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar olaraq Borclu icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü təmin olunması barədə bildiriş göndərilmişdir. Lakin borclu icra sənədi üzrə borcu keçən müddət ərzində təmin etməmişdir. İcra sənədinin məcburi icrası ilə əlaqədar olaraq, borclunun mülkiyyətində tələbin yönəldiləsi əmlakının, pul vəsaitlərinin və qızıl-zinət əşyalarının olub-olmaması, pensiya və müavinət alıb-almaması barədə müvafiq orqanlara sorğular verilmişdir. Sorğulara alınan cavablara əsasən Şəki rayonu, Şəki kəndində yerləşən Borclu ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeydə alındığı müəyyən edilmişdir. Odur ki, icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə Borclu məxsus Şəki rayonu, Şəki kəndində yerləşən 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması məqsədə müvafiqdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi son iki ayda 20 manat ödəniş olduğunu, borclunun ödənişlərdən boyun qaçırdığını bildirərək təqdimatın təmin edilməsini xahiş etdi. Borcluya və icra məmuruna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə borclunun və icra məmurunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, ....icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli qərarının 3-cü bəndindən görünür ki, əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilmir. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Mülki Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Mülki Prosessual Məcəllənin 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Məhkəmənin mövqeyi: Məhkəmə təqdimatı və ona əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materiallarına olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MTT(075)-37/2022 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin icraatında olan e-2(075)-1691/2022 saylı mülki işə baxılıb iş üzrə çıxarılacaq qətnamə qanuni qüvvəsini alanadək, JN-0002 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Şəki rayonu Şəki kəndində yerləşən, cavabdeh Borclu ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,57 ha hissəsinin üzərinə həbs qoyulması, müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin verilməsinə görə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu xərcinin cavabdeh Borclu iddiaçı ASC Xalq Bankının xeyrinə tutulması qərara alınmışdır. Göründüyü kimi təqdimatda göstərilən 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2,57 ha hissəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarına Hüquqların dövlət qeydiyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışlar əlavə edilmişdir. Həmin çıxarışlara əsasən 2.402 ha və 1.1634 ha torpaq sahələri 5 nəfər şəxsin ümumi birgə mülkiyyətindədir. Ümumi torpaq sahəsi 3.5654 ha təşkil edir. 5 nəfər ümumi birgə mülkiyyətçi olduğuna görə hazırkı Borclu düşən hissə 0.71308 ha təşkil edir ki, üzərinə həbs qoyulmuş əmlak sahəsi 2.57 hektardır və bu borcluya məxsus əmlakın ölçüsünü əhatə edir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilikdə əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməməsi nəzərdə tutulmuşdur. İş materiallarında borclu X2 əsas məşğuliyyətinin kənd təsərrüfatı olub-olmması məsələsi də araşdırılmamışdır. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəki Rayon Məhkəməsinin 2(075)-49/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu məxsus Şəki rayonu, Şəki kəndində yerləşən 3,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbsin qoyulması barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatı təmin edilməsin. Qərardaddan alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №8(075)-72/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-72/2024
29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver