Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-75/2023 02.05.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1010/2021 saylı icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəməyə təqdimat verərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(075)- 1010/2021 saylı icra sənədi üzrə tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızının icra sənədi üzrə tələbindən imtinasının qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Təqdimat verən şəxs Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)- 1010/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 08 iyun 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay sabir pul məbləğində 150 (bir yüz əlli) manat aliment tutularaq tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızına verilməlidir. Borclu 10 (on) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızı xx.xx.2023cü il tarixdə ərizə ilə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək Şəki Rayon Məhkəməsi tərəfindən verilmiş 2(075)-1010/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Borclu qarşı heç bir tələbinin və şikayətinin olmadığını, eyni zamanda aliment tələbindən imtina etdiyini bildirmiş və icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Odur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1010/2021 nömrəli, xx.xx.2021ci il tarixli icra sənədi üzrə tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızının icra sənədi üzrə tələbindən imtinası məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədlərə baxaraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan 11 aprel 2023-cü il tarixdə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş ərizənin təsdiq edilmiş sürətindən görünür ki, tələbkar Əhmədova (Nəsrullayeva) X5 rayonu üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan xx.xx.2021-ci il tarixli, 2(075)-1010/2021 saylı icra sənədindən imtina etdiyini bildirmişdir. Göründüyü kimi, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1010/2021 saylı icra sənədi ilə bağlı tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızı icra sənədi üzrə tələbindən imtina etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə işin icraatına xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1010/2021 saylı icra sənədi üzrə tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızı tələbindən imtinası qəbul edilməlidir. Qeyd edilənlərə əsasən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20, 21-ci və Azərbaycan Respublikası MPM-nin 231-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(075)-1010/2021 saylı icra sənədi üzrə tələbkar Əhmədova (Nəsrullayeva) Türkan Tofiq qızının tələbindən imtinası qəbul edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №8(075)-75/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-75/2023
02.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver