Məhkəmə qərarları › İş №8(075)-96/2025

Şəki Rayon Məhkəməsi Qərardad — İş №8(075)-96/2025

17.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 8(075)-96/2025 17.03.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə Şəki Rayon Məhkəməsinin 2(075)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə nəqliyyat vasitələrinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqdimatın mahiyyəti: Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 təqdimat ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2(075)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu X3 adına qeydə alınmış Şəki rayonu, Sarıca kəndində olan 5 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 2(075)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu X2 5645,25 manat borc tutularaq Tələbkar ödənilməlidir. Tələbkar tərəfindən xx.xx.2025-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək icra sənədinin icra olunduğunu bildirmiş, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etmiş, işin hallarını və tələbkarın ərizəsini nəzərə alıb icra sənədi üzrə icraata xitam verilmişdir. Bununlada torpaq sahəsi üzərinə həbs qoyulması əsasları aradan qalxmışdır. İcra sənədi üzrə icraata xitam verildiyindən borcluya məxsus əmlakların üzərindən həbsin götürülməsi zərurəti yaranmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin 2(075)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X2 vurulmuş maddi ziyanın əvəzi olan 5025 manat, vəkilə ödənilmiş 550 manat və 70,25 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı Tələbkar oğluna ödənilməlidir. - Tələbkar xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borc məbləği ona tam olaraq ödənilmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun; 20.1.4-cü maddəsinə əsasən icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir. 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi Şəki Rayon Məhkəməsinin 2(075)-363/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh X2 vurulmuş maddi ziyanın əvəzi olan 5025 manat, vəkilə ödənilmiş 550 manat və 70,25 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı Tələbkar oğluna ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə bağlı müvafiq icra vərəqəsi icra qurumuna göndərilmişdir. Məhkəmə hesab edir ki, X3 adına qeydə alınmış Şəki rayonu, Sarıca kəndində olan 5 ha torpaq sahəsinin üzərinə həbsin qoyulması üçün əsas olmuş hal aradan qalxdığından torpaq sahəsinin üzərindən həbs götürülməlidir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli, X3 adına qeydə alınmış Şəki rayonu, Sarıca kəndində olan 5 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Nəticə: Qeyd edilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 20, 50ci və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu X3 adına qeydə alınmış Şəki rayonu, Sarıca kəndində olan 5 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan, rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar