Məhkəmə qərarları › İş №8(076)-10/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-10/2025

16.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-10/2025 16.01.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Tələbkar iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-165/2024 saylı icra sənədi üzrə Borclu “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-165/2024 saylı icra sənədinə əsasən, Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Hazırda Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-165/2024 saylı icra sənədi xx.xx.2024-cü il tarixdə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə daxil olmuşdur, icraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə bərabər borclunun ünvanına göndərilmişdir. İcra sənədində olan tələbi könüllü təmin etməsi üçün borcluya 10 gün müddət müəyyən edilmiş, lakin, bu müddət ərzində tələb könüllü təmin edilmədiyi üçün, borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş və borclunun adına daşınar, daşınmaz əmlak eləcə də, bank və kredit təşkilatlarında heç bir pul və qiymətli əşyalar aşkar olunmamışdır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Hazırda icra sənədi üzrə aliment borcu 3600 manat təşkil edir. Odur ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, həqiqətən, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-165/2024 saylı icra sənədinə əsasən, Borclu hər ay 08 iyun 2022-ci il tarixdə anadan olmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədində göstərilənləri tam təmin etmir, hazırda onun pula ehtiyacı olsa da, borclu tərəfindən ödəniş edilmir. Məhkəmədən qeyd etdiyi xüsusatların nəzərə alınmasını xahiş etdi. İş üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-165/2024 saylı icra sənədinə əsasən, Borclu hər ay 08 iyun 2022-ci il tarixdə anadan olmuş Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. Lakin borcluya tələbin könüllü icrası haqqında bildiriş, habelə müvafiq xəbərdarlıq edilməsinə baxamayaraq, o, öhdəliyini yerinə yetirməmiş, nəticədə onun ödənilməmiş borcu qalmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Ona görə də məhkəmə hesab edir ki, Borclu ölkədən getmək hüququnun borcunu tamamilə ödəyənədək müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatı əsaslıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 231, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-165/2024 saylı icra sənədi üzrə borcunu tamamilə ödəyənədək Borclu оğlunun Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim: Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar