Məhkəmə qərarları › İş №8(076)-102/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-102/2023

09.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-102/2023 09.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)-3905/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclular X5 və X1 56185 manat məbləğində pul və 259 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsi təqdimatla məhkəməyə müraciət edərək başqa icra tədbirlərinin nəticə vermədiyini, borclunun qanuni nümayəndəsinin tələbin təmin edilməsi üçün yetərli pul vəsaitinin olmadığını, məcburi icra tədbirləri zamanı borclu X4 məxsus "QAZ31105 801" minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alındığını və həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimata əlavə olunmuş Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 3905/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu X2 56185 manat məbləğində pul və 259 manat dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin e- 2(010)- 3905/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu X4 ünvanlanmış 1628 saylı, xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, icra orqanı borcluya icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi təklif etmiş, əks təqdirdə tələbin məcburi icra ediləcəyini bildirmişdir. İşdə olan portaldan görünür ki, borclu X3 mülkiyyətində **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********5720 ban nömli, gumikretongli "QAZ31105 801" minik markalı avtomobil vardır. Odur ki, məhkəmə hesab edir ki, Şəmkir rayon İcra və Porbasiya Şöbəsinin təqdimatı təmin edilməlidir. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, borclu X6 qeyd edilən icra vərəqəsi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqda bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbləri yerinə yetirməkdən boyun qaçırmışdır. maddəsinə İcra Haqqında Azərbaycan Respublikasının Qanunun 44.1.3-cü könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1.-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və borclu X3 mülkiyyətində olan QAZ31105 801" minik markalı **-VA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1. vo 44.1.3.-cü maddələrini və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin: Borclu X3 mülkiyyətində olan **-VA-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, **********5720 ban nömrəli, gümüşü metallik rəngli "QAZ31105 801" minik markala tomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar