Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-104/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Tələbkar BOKT "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şamil Hacıyev təqdimatla məhkəməyə müraciət edərək Borclu məxsus olan və bankda saxlancda olan 200 ABŞ dolları dəyərində olan ümumi çəkisi 14 qram olan 1 ədəd qolbağı, 1 ədəd üzük və 1 ədəd sırğa olmaqla qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmasını xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-5201/2018 saylı xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu cəmi 876.84 ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu tutulub BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Daha sonra aparılmış məcburi icra tədbirləri zamanı BOKT ”Azərkredit” ASC xx.xx.2023-cü il tarixli məktubu üzrə Borclu məxsus və BOKT "xxxx" ASC-nin saxlancında saxlanılan 200 ABŞ dolları dəyərində olan ümumi çəkisi 14 qram olan 1 ədəd qolbağı, 1 ədəd üzük və 1 ədəd sırğa olmaqla qızılzinət əşyaları girovda olduğunun müəyyən edildiyini və həmin qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Tələbkar BOKT "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında göstərmişdir ki, Borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır. Borclu BOKT "xxxx" ASC-yə olan borcunu tələb edir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın nümayəndəsinin izahatını dinləyib, təqdimatın dəlillərinə, işdə olan səədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir Rayon Məhkəməsinin 2(076)-5201/2018 saylı xx.xx.2018-ci il tarixli məhkəmə əmrinə əsasən Borclu 795.83 ABŞ dolları əsas borcu, 1.11 ABŞ dolları faiz borcu və 80.00 ABŞ dolları cərimə borcu olmaqla cəmi 876.84 ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və 20 manat dövlət rüsumu tutulub BOKT "xxxx" MMC-nin (BOKT "xxxx" ASC-yə) xeyrinə ödənilməlidir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin “icraata başlamaq haqqında” xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-5201/2018 saylı məhkəmə əmri icraya yönəlmiş və xx.xx.2019-cu il tarixdə icraata qəbul olunmuşdur. Təqdimata əlavə olunmuş Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli, 28727/2019-12 saylı “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, borcluya icra sənədində göstərilən tələbi 10 gün ərzində könüllü icra etməyi təklif etmiş, əks təqdirdə tələbin məcburi icra ediləcəyi bildirilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu məxsus 200 ABŞ dolları dəyərində olan ümumi çəkisi 14 qram olan 1 ədəd qolbağı, 1 ədəd üzük və 1 ədəd sırğa olmaqla qızıl-zinət əşyaları BOKT "xxxx" ASC-nin saxlancında girovdadır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu adına əmlak aşkar edilməmişdir. Beləliklə təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu sözügedən məhkəmə əmri üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin “tələbin könüllü icrası haqqında” bildirişində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və ona edilmiş xəbərdarlığa məhəl qoymadan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərin tətbiqinin əsası ola bilər. Həmin qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirirək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu məxsus olan 200 ABŞ dolları dəyərində olan ümumi çəkisi 14 qram olan 1 ədəd qolbağı, 1 ədəd üzük və 1 ədəd sırğa olmaqla qızıl-zinət əşyalarının üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, “İcra Haqqında” Azərbaycan Respublikasl Qanununun 43.1.1 və 44.1.3-cü maddələrini və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu məxsus olan və bankda saxlancda saxlanılan 200 ABŞ dolları dəyərində olan ümumi çəkisi 14 qram olan 1 ədəd qolbağı, 1 ədəd üzük və 1 ədəd sırğa olmaqla qızılzinət əşyalarının üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-104/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-104/2023
15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver