Məhkəmə qərarları › İş №8(076)-104/2025

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-104/2025

18.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-104/2025 18.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Kazımova Şəhanə Namiq qızının katibliyi Tələbkar: Tələbkar iştirakı ilə İddiaçı Tələbkar cavabdeh Borclu qarşı mülkiyyətə edilən qəsdə son qoyulması tələbinə dair icra sənədi üzrə icraata xitam verilməsi barədə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarının ləğv edilməsi və Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı icra sənədinin təkrar icraya yönəldilməsi barədə tələbkarın ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı qiyabi qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh Borclu qarşı mülkiyyətə edilən qəsdə son qoyulması tələbinə dair iddiası təmin olunmuş və cavabdeh Borclu məxsus torpaq sahəsində olan qoz ağacının iddiaçı Tələbkar istifadəsində olan, Şəmkir rayonu Dəllər- Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin çardağı üzərinə düşən budaqlarının cavabdehin vəsaiti hesabına kəsilib götürülməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. Bundan sonra “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda yuxarıda qeyd olunan icra sənədi üzrə Tələbkar ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018– ci il tarixli qərarının ləğv edilməsini və Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı qətnaməsinin təkrar icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclası zamanı izahatında göstərdi ki, məhkəmənin qeyd olunan qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmişdir. İcra zamanı borclu ağacın onun evinin çardağı üzərinə düşən budaqlarını kəsməyə söz vermiş, bu səbəbdən o da ərizə vermiş və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarı ilə həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Lakin cavabdeh ağacın budaqlarını kəsməkdən boyun qaçırmışdır. Bununla da Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı qətnaməsi icra edilməmiş qalmışdır. Belə olan halda hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarı ləğv edilməli və Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı qətnaməsi təkrar icraya yönəldilməlidir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada lazımi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını, işdə olan sənədləri nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına qiymət verərək hesab edir ki, tələbkarın ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı qətnaməsi ilə cavabdeh Borclu məxsus torpaq sahəsində olan qoz ağacının iddiaçı Tələbkar istifadəsində olan, Şəmkir rayonu Dəllər- Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin çardağı üzərinə düşən budaqlarının cavabdehin vəsaiti hesabına kəsilib götürülməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra hərəkətləri həyata keçirilərkən tələbkarın ərizəsi əsasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Belə ki, icra zamanı borclu icra sənədində göstərilən tələbləri yerinə yetirməyi öhdəsinə götürsə də, buna əməl etməmişdir. Göründüyü kimi Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru 14 may 2018–ci il tarixli qərarı ilə tələbkarın ərizəsi əsasında Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı icra sənədi üzrə icraata xitam vermişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5–ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hesab edir ki, hazırki vəziyyətdə icra sənədi üzrə icraata xitam verilməsi üçün hüquqi əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarı ləğv edilməli və 21 noyabr 2017–ci il tarixli 2(076)– 5252/2017 saylı icra sənədi təkrar icraya yönəldilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 231, 263, 264 və 266–cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. “İcra sənədi üzrə icraata xitam verilməsi haqqında” Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 14 may 2018–ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Tələbkar cavabdeh Borclu qarşı mülkiyyətə edilən qəsdə son qoyulması tələbinə dair Şəmkir Rayon Məhkəməsinin 21 noyabr 2017–ci il tarixli 2(076)–5252/2017 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar