Məhkəmə qərarları › İş №8(076)-109/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-109/2023

15.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-109/2023 15.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1717/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu 3000 (üç min) ABŞ dollarının, 1000 (min) manat məbləğində pulun və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Bununla əlaqədar Borclu tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Məcburi icra tədbirləri zamanı Borclu adına “QAZ-24” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qeydiyyatdan keçdiyi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması məhkəmədən xahiş edilmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, Tələbkar və Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə icra məmurunun, tələbkarın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1717/2022 saylı icra sənədindən görünür ki, cavabdeh Borclu 3000 (üç min) ABŞ dollarının, 1000 (min) manat məbləğində pulun və ödənilmiş 81 (səksən bir) manat dövlət rüsumunun alınaraq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)-1717/2022 saylı icra sənədi icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu mülkiyyətində “QAZ- 24” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 51113 ban nömrəli, ağ rəngli minik avtomobili vardır. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu qeyd edilən icra vərəqəsi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqqında bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 44.1.3.-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu mülkiyyətində olan “QAZ-24” minik markalı **-BH- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1. və 44.1.3.-cü maddələrini və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan “QAZ-24” minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 51113 ban nömrəli, ağ rəngli minik avtomobilinin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar