Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-116/2023 14.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanirverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyevin iştirakı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş "borclunun ölkədən getmək qunun müvəqqəti məhdudlaşdırılması barədə" təqdimata açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4738/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, Borclu ölkədən getmək qunun müvəqqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılan Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-4738/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən borclular X1 və Borclu cəmi 2929.30 manat məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq "xxxx" QSC-yə ödənilməlidir Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2017-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu dərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular gödərilmişdir, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkar məhkəmə iclasına gəlməmiş, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 1.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında "borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıması haqqında" təqdimatı tərtib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elşən Əliyev bildirdi ki, icra sənədinin icrasının təmin olunması məqsədilə borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin borclular tərəfindən tələbkara heç bir ödəniş edilməmişdir. Məhkəmə iclasında Borclu bildirdi ki, icra sənədinin icrasının təmin olunması məqsədilə mənə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Hazırda heç - yerdə işləmir əsəs borc götürəndən tələb etsə də o da ödəniş etmir. Hazırda hissə hissə ödənilməsi ilə bağlı banka müraciət edəcəklər. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı duğundan təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)- 4738/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, borclular ammadov Anar Şəmil oğlundan və Borclu cəmi 2929.30 manat əbləğində pul va 20 manat dövlət rüsumu alınaraq "xxxx" QSC-yə ödənilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli "tələbin könüllü icrası haqqında" bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu göndərilmiş, həmçinin təqdim edilməklə ona Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-4738/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinin tələbinə görə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırıla bilməsi üçün ilkin şərt onun icra sənədinin könüllü icrası üçün müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməməsi halıdır. Təqdim olunmuş material araşdırılarkən müəyyən olundu ki, "İcraata başlama haqqında" qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya göndərilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Məhkəmə ötən müddət ərzində icra sənədinin hələ də icra edilməməsini, borclunun ölkə hüdudlarından kənara çıxacağı təqdirdə icra sənədinin icrasının çətinləşəcəyini, ödənilməmiş borcun məbləğini nəzərə alaraq hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə təqdimat təmin edilməli, Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263 və 264- cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4738/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə borclu - xx.xx.1970-ci il tarixdə Şəmkir rayonu, Qaracǝmirli kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə sikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-116/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-116/2023
14.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver