Məhkəmə qərarları › İş №8(076)-128/2023

Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-128/2023

23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-128/2023 23.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyevin, tələbkar X15, borclu X2, borclunun vəkili X16, üçüncü şəxs X14 iştirakı ilə Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)-2688/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X3 məxsus Şəmkir rayonunda yerləşən **********06 reyestr nömrəli, **********08 reyestr nömrəli, **********07 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbs qoyulmasına dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsi tərəfindən verilmiş 2(076)- 2688/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X3 məxsus Şəmkir rayonunda yerləşən **********06 reyestr nömrəli, **********08 reyestr nömrəli, **********07 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələriin üzərinə həbs qoyularaq, tələbin ona yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(076)-431/2021 nömrəli qərardadı ilə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilərək borclu X3 məxsus Şəmkir rayonunda yerləşən **********06 reyestr nömrəli, **********08 reyestr nömrəli, **********07 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Üçüncü şəxs X21 tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(076)-431/2021 nömrəli qərardadından şikayət verilmiş, şikayət təmin edilərək qərardad ləğv edilmiş və Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata baxılmasına dair məhkəmə iclası 10 mart 2023-cü il tarixə saat 15:00-a təyin edilmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsininin 2(076)- 2688/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu X1 225.064 (iki yüz iyirmi beş min altmış dörd) manat məbləğində pul və ödənilmiş 20 manat dövlət rüsumu alınaraq tələbkar X15 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə İcra Şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraata yönəldilmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclunun icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara sorğular göndərilmişdir. Elektron İcra İnformasiya sistemindən edilmiş elektron sorğuya cavab olaraq rəsmi məlumat verilmişdir ki, borcluya məxsus Şəmkir rayonunda yerləşən **********06 reyestr nömrəli, **********08 reyestr nömrəli, **********07 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələriin vardır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən əmlaka həbs qoyulması məqsədə müvafiqdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Xidmətinin icra məmuru Xəyal Verdiyev təqdimatda göstərilənlərlə eyni məzmunlu izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X4 izahatında bildirdi ki, təqdimatda qeyd edilən torpaqlardan **********08 reyestr nömrəli və **********07 reyestr nömrəli torpaq sahələrini 14 yanvar 2021-ci il tarixdə satsa da həmin torpaqlar birgə mülkiyyətdə olan torpaqlardır, torpağın birgə mülkiyyətçiləri olan uşaqları hazırda həmin torpağın satılmasına razı deyil. Torpaq satılan zaman uşaqlarının əvəzindən etibarnamə əsasında o imzalamışdır. Bu səbəbdən torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında borclu X2 vəkili X23 borclu X2 izahatına uyğun izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X24 izahatında bildirdi ki, borclu X2 ona olan borcu tam ödənilməmişdir. Qeyd olunanlara əsasən torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs X21 məhkəmə iclasında şikayətdə qeyd olunanlara uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəmkir rayonunda yerləşən **********08 reyestr nömrəli və **********07 reyestr nömrəli torpaq sahələrini 14 yanvar 2021-ci il tarixdə borclu X1 almış, lakin maddi vəziyyəti onun torpaq sahələrini adına keçirilməsinə mane olmuşdur. Hazırda torpaq sahələrini adına rəsmiləşdirmək istədikdə torpaq sahələrinin üzərində həbsin olduğunu öyrənmişdir. Qeyd olunanları nəzərə alaraq təqdimatın qismən təmin edilməsini, onun alqı satqı ilə aldığı Şəmkir rayonunda yerləşən **********08 reyestr nömrəli və **********07 reyestr nömrəli torpaq sahələrinin üzərinə həbsin qoyulması hissəsində təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatı, şikayəti və işə əlavə olunmş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli alqı-satqı müqavilələrinin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqavilələrinin surətindən görünür ki, satıcılar X13, X11, X9, X12 və X4 birgə mülkiyyətdə olan Şəmkir rayonu, Qılıncbəyli kəndində yerləşən 1.5394 ha torpaq sahəsini və 0.4703 ha torpaq sahəsini X17 müvafiq olaraq 10000 (on min) manat və 5000 (beş min) manata satmışdır. Müqavilələr satıcıların etibarnamə üzrə nümayəndələri X2 və alıcı X14 imzaları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir; 157.8. və 158.4. maddələrinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur və mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən, mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir; 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin faktiki hallarından görünür ki, borclu X4 qeyd edilən icra vərəqəsi üzrə Şəmkir Rayon İcra Bölməsinin “Tələbin könüllü icrası haqqında bildiriş”ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş, bu zaman icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbləri yerinə yetirməkdən boyun qaçırmışdır. Bundan başqa məhkəmə qeyd edir ki, X8, X6, X5, X7 və X2 birgə mülkiyyətində olmuş Şəmkir rayonunda yerləşən **********08 reyestr nömrəli və **********07 reyestr nömrəli torpaq sahələrinin hazırda məhkəmə qərardadı ilə üzərinə həbs qoyulduğundan, vicdanlı alıcı olan X21 mülki qanunvericiliyin tələbləri çərçivəsində rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi ilə əldə etdiyi mübahisəli Şəmkir rayonunda yerləşən **********08 reyestr nömrəli və **********07 reyestr nömrəli torpaq sahələrini mülkiyyətçi kimi sahiblik, istifadə etmək və sərəncam vermək səlahiyyətlərini həyata keçirmək imkanından məhrum olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə təqdimat qismən təmin edilməli, Şəmkir rayonunda yerləşən **********06 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələri üzərinə həbs qoyulmalı, həmin hissədə təqdimat təmin edilməli, təqdimatın tələbin Şəmkir rayonunda yerləşən **********08 reyestr nömrəli və **********07 reyestr nömrəli torpaq sahələri üzərinə həbs qoyulmasına dair hissədə təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu X3 məxsus Şəmkir şəhərində yerləşən **********06 reyestr nömrəli və **********69 reyestr nömrəli torpaq sahələri üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar