Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-13/2023 18.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X2 iclas katibliyi, Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, Borclu və tələbkar X1 iştirakları ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “əmlak üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatla məhkəməyə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 320/2022 saylı icra sənədinin icrası ilə bağlı tələbin Borclu məxsus olan **-CC-*** dövlət qediyyat nişanlı, “KİA MAGENTİS” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “CA 382994” markalı qoşqu və **-XB-*** dövlət qeydiyyat nişanlı, “KİA SPORTAGE" minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)- 320/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu və X3 icra sənədində qeyd olunan qızıl-zinət əşyaları alınaraq tələbkar X4 verilməsi qət edilmişdir. Bununla əlaqədar xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış icraat zamanı tələbin könüllü icra müddəti ərzində təmin olunması üçün borcluya bildiriş göndərilmiş, lakin nə həmin müddətdə nə də sonrakı dövrdə tələb təmin olunmamışdır. “icra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsas verir. Məcburi icra tədbirləri zamanı Borclu adına **-CC-*** dövlət qed'yyat nişanlı, “KİA MAGENTİS” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “CA 332994” markalı qoşqu və **-XB-*** dövlət qeydiyyat nişanlı, “KİA SPORTAGE” minik markalı nəqliyyat vasitələrinin qeydiyyatdan keçdiyi müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Qeyd olunanlara əsaslanaraq və “İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, tələbin borclunun əmlakına yönəldilməsi üçün iş üzrə Borclu adına **-CC-*** dövlət qediyyat nişanlı, “KİA MAGENTİS” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “CA 382994” markalı qoşqu və **-XB-*** dövlət qeydiyyat nişanlı, “KİA SPORTAGE" minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 təqdimatın məzmununa uyğun izahat verərək təqdimatın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, 7800 manat borcu var. O başqa iş üzrədə tələbkardır. O sürücüdür. Alimenti belə güclə ödəyir. Verilmiş təqdimatın təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında tələbkar X7 izahatında göstərdi ki, borclu icra sənədi icra etmədiyindən ondan şikayətçidir. Verilmiş təqdimatın təmin olunmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-320/2022 saylı icra sənədindən görünür ki, Şəmkir Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(076)-889/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - iddianın təmin edilməsi, cavabdehlər X6 və Borclu 1 ədəd dəyəri 1.500 manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 2.000 manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəstinin naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyərinin alınıb iddiaçı X4 verilməsi hissəsində dəyişdirilsin, iddia qismən təmin edilməsi, cavabdehlər X9 və Borclu 1 ədəd dəyəri 320 (üç yüz iyirmi) manat olan 585 əyarlı beş qaşlı brilyant nişan üzüyü, 1 dəst dəyəri 1040 (min qırx) manat olan 585 əyarlı 13 qram çəkidə buta formalı, brilyant qaşlı sırğa-üzük dəsti naturada, qətnamə icra olunan vaxt mövcud olmasa, həmin əşyaların dəyəri alınıb iddiaçı X4 verilməsi, qəmanə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası barədə bildirişdən görünür ki, borclu üzərinə imza etməklə qəbul etmişdir. İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi əsaslarıdır. İş materiallarından görünür ki, icra vərəqəsi üzrə icra məmuru icraata başlamış, tələbin könüllü icrası barədə borcluya bildiriş təqdim edilmişdir. Lakin, tələb icra olunmamışdır. Beləliklə, məcburi icra tədbiri üçün əsas yaranmışdır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6. -ci maddəsinə görə, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.6. maddəsinə görə isə, konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Həmin Qanunun 53.1-53.3. maddələrində qeyd edilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Qeyd olunan normaların məzmunundan da göründüyü kimi tələbkarın tələbinin yerinə yetirilməsi üçün borclunun kifayət qədər pul vəsaiti olmadıqda tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülərək satılmasından ibarətdir. İcra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatı əsasən məhkəmənin qərardadı ilə qoyulur. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, təqdimat təmin edilməli, icra vərəqəsinin icrasını təmin etmək üçün Borclu adına olan **-CC-*** dövlət qediyyat nişanlı, “KİA MAGENTİS” minik markalı, **-ZB-*** dövlət qeydiyyat nişanlı, “CA 382994” markalı qoşqu və **-XB-*** dövlət qeydiyyat nişanlı, “KİA SPORTAGE" minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalıdır. Həmçinin MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını həmin Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. MPM-in 160-cı maddəsinə əsasən isə bu cür qəradadlar dərhal icra edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-320/2022 saylı icra sənədinin icrasını təmin etmək üçün Borclu adına olan **-CC-*** dövlət qediyyat nişanlı, “KİA MAGENTİS” minik markalı **-ZB-*** dövlət qeydiyyat nişanlı, “CA 382994” markalı qoşqu və **-XB-*** dövlət qeydiyyat nişanlı “KİA SPORTAGE" minik markalı nəqliyyat vasitələrinin üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Şəmkir Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №8(076)-13/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-13/2023
18.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver