Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-132/2023 23.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi ilə, Şəmkir Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş “borclunun əmlakı üzərinə həbs qoyulması barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev təqdimatla məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-582/2021 saylı, xx.xx.2021- ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu X4 adına "VAZ 21011" minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-582/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən X2, X3 və X1 müştərək qaydada cəmi 1249.55 manat məbləğində borc və 30 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclular X5, X7 və X8 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilməmişdir. Buna görə də başqa məcburi icra tədbirlərinin nəticə vermədiyindən, borclu X6 tələbin təmin edilməsi üçün heç bir pul vəsaitinin olmadığından, bu səbəbdən borcluya məxsus «VAZ 21011» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, borclu vo tələbkar məhkəmə iclasına gəlməmişlər, lakin icra məmuru məhkəmə prosesində iştirak etmişdir. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında "borclunun əmlakı üzərinə həbs qoyulması haqqında" taqdimatı tortib etmiş Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Xəyal Verdiyev bildirdi ki, icra sənədinin icrasının təmin olunması məqsədilə borcluya tələbin könüllü icrası haqqında bildiris göndərilmiş və borcun ödənilməsi tələb edilmiş, lakin bugünədək borc tam şəkildə odənilməmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Bələ ki təqdimata əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-582/2021 saylı, 25.02.201-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, X2, X3 və X1 müştərək qaydada xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1092,71 manat əsas borc, 156,84 manat faiz borcu və cərimə borcu olmaqla, ümumilikdə 1249.55 manat borcun və 30 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş "Elektron İcra" İnformasiya Sisteminin çıxarışından görünür ki, X4 adına «<VAZ 21011» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-in 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. <<İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin jcrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Odur ki, məhkəmə hesab edir ki, borclu X4 adına «VAZ 21011» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil tələbin yönəldilə biləcəyi Əmlak olduğundan həmin avtomobil üzərinə həbs qoyulması qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-in 231, 263-269-cu maddələrini və «İcra Haqqında»> Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu X4 adına «VAZ 21011» minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-132/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-132/2023
23.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver