Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 8(076)-136/2023 02.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəamləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, X1 nümayəndəsi X6 Borclu iştirakları ilə, Şəmkir rayon İcra və Probasiya Şöbəsinin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəmkir rayon İcra və Probasiya Şöbəsi borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-982/2021 saylı icra sənədinə əsasən Borclu 2500 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına müəyyən etdiyi məzənnə ilə alınıb X2 verilməsi qət edilmişdir. Bununla əlaqədar borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmiş, lakin icra sənədində göstərilən tələb təmin olunmamışdır. Şəmkir rayon İcra və Probasiya Şöbəsi başqa məcburi icra tədbirlərinin nəticə vermədiyini, Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün əmlak vəziyyətinin yoxlanıldığını və borclunun adına “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qeydiyyata alındığının müəyyən edildiyini və həmin avtomobilin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclasında göstərmişdir ki, Borclu könüllü olaraq məhkəmə sənədini icra etməkdən boyun qaçırmışdır. Nəticədə borclunun əmlak vəziyyətini yoxlamış və Borclu məxsus “VAZ- 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olduğu müəyyən edilmişdir. Ona görə də hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. X1 nümayəndəsi X8 məhkəmə iclasında göstərmişdir ki, Borclu borcunu ödəməkdən qərəzli olaraq yayınır. Məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında göstərmişdir ki, qəsdən yayınmır sadəcə maddi vəziyyəti aşağı olduğu üçün ödəyə bilməmişdir. Məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, təqdimatın dəlillərinə, işdə olan sənədlərə və digər iş materiallarına əsasən hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə olunmuş Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-982/2021 saylı icra sənədindən görünür ki, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Borclu 2500 ABŞ dolları məbləğində pul ödənildiyi günə Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına müəyyən etdiyi məzənnə ilə alınıb X2 verilməsi qət edilmişdir. Təqdimata əlavə olunmuş Şəmkir rayon İcra və Probasiya Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(076)-982/2021 saylı icra sənədi xx.xx.2021-ci il tarixdə icraata qəbul olunmuş və icraya yönəldilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, bildirişin surəti Borclu göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-982/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 10 gün vaxt verilmişdir. Təqdimata əlavə olunmuş xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, məktubun surəti Borclu göndərilməklə ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-982/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icra edilməsi üçün 3 gün vaxt verilmişdir. Təqdimata əlavə olunmuş sənədlərdən görünür ki, Borclu mülkiyyətində “VAZ- 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Beləliklə, təqdimatdan və ona əlavə edilmiş sənədlərdən müəyyən olunmuşdur ki, Borclu qeyd edilən icra vərəqəsi üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinin «Tələbin könüllü icrası haqqında bildiriş»ində göstərilən tələbi üzrlü səbəb olmadan icra etməmiş və icra orqanının ona edilmiş xəbərdarlığına da məhəl qoymayaraq icra sənədində göstərilmiş tələbi yerinə yetirməkdən boyun qaçırmışdır. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 44.1.3.-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddəti keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsası ola bilər. Həmin Qanunun 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməli və Borclu mülkiyyətində olan “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 263-269-cu maddələrini, İcra Haqqında Azərbaycan Respublikası Qanununun 43.1.1. və 44.1.3.-cü maddələrini və «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəmkir rayon İcra və Probasiya Şöbəsinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili üzərinə həbs qoyulsun. Qərardad dərhal icra olunsun. Qərardaddan 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №8(076)-136/2023
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №8(076)-136/2023
02.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver